Page 317 - Pure Life 13
P. 317
Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları /295
Bu işdə bizə virtual təhsil sisteminin köməyi böyükdür.
Təbii ki, təhsil zamazı dərsləri tərtib edən, onları sayta
yerləşdirən müəllim və elmi heyyətin əməyini danmaq
qeyri mümkündür.
Adından məlum olduğu kimi, Virtual təhsil sistemi,
audio, video, sayt, televiziya və sair müxtəlif virtual-
elektron vasitələrlə, icra edilən təhsil sistemidir.
Həqiqətdə, Virtual təhsil sistemi müasir texnologiyadan
istifadə etməklə qiyabi şəkildə onlayn fəzada təhsil almaqdır.
Başqa sözlə desək, Virtual təhsil sistemində tədris
olunan mövzular, audio, video və mətndən istifadə
edilərək, şagird və müəllim, yaxud şagirdlər arasında fikir
mübadiləsi yüksək şəkildə icra edildiyinə görə, təhsilin
keyfiyyəti ən məqbul həddə yetişir.
Müasir və inkişaf etmiş vasitələrdən istifadə edərək,
elmi və ümumi məlumatları daha gözəl və üstün
keyfiyyətlə təqdim etmək mümkündür.
Misal olaraq, sayt vasitəsi ilə məlumat əldə edərkən, sizə
təqdim olunan məlumatlar hər nə qədər rəngarəng və çox
çeşidli olarsa, bir o qədər də, yüksək nəticə əldə edə bilərsiniz.
Virtual təhsil zamanı tədris olunan mətnlər bir neçə
formatda təqdim edilir.
Həmçinin, bu proses, təhsil müdiriyyəti, şagirdlərin
tərkib tapdığı qruplar, mütəxəssislər və dərslikləri
hazırlayanları əhatə edir.
Virtual təhsil sistemindən istifadə etməklə, şagirdlər
onlara münasib olan zaman hüdudunda bəhrələnə bilirlər.
Bu təhsil sisteminin ən dəyərli xüsusiyyətlərindən biri də,
təhsil sahəsindəki nazir məqamların, müdirlərin,
müəllimlərin tədris formasına, keyfiyyətinə və şagirdlərin
fəaliyyətlərinə nəzarət etmək imkanının olmasıdır.