Page 319 - Pure Life 13
P. 319
Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları /293
Biz heç bir zaman batil düşüncələrin və batil inancların
əsiri olamamalıyıq. Unutmamalıyıq ki, insane məcbur və
ixtiyar arasındadır.
Ümid edirəm ki, yaxın gələcəkdə dini virtual təhsil
sisteminin inkişafı və yüksəlməsi bizim bu haqda olan
yalnış düşüncəmizi dəyişəcək.
Əsrlər boyu dünya mütəfəkkirləri arasında özünə
məxsus fikir və düşüncəsi olan şəxslər yaşayıb-yaratmış,
öz zəkası ilə bəşəriyyətə xidmətlər etmişlər. İnsanlıq bu
şəxslərə çox şey borcludur. Məhz bu elm fədailərinin
sayəsində insane dəyərlər inkişaf etmiş, düşüncələr
işıqlanmış, qaranlıqlar aydınlığa qovuşmuşdur.
Böyük filosof, görkəmli İslam alimi Mürtəza Mütəhhəri
də bu mütəfəkkirlər sırasında öz xüsusi yeri olan
şəxsiyyətlərdəndir.
O, ömrünü cəmiyyətin islahına, müasir dövrdə
meydana çıxan və dəyərləri təhdid edın şübhələrə cavab
tapmağa həsr etməyə çalışmışdır.
Buna görə də Mütəhhəri dövrünün gəncləri, ziyalıları,
ümumiyyətlə, bir islahatçı kimi alim olaraq kütlə tərfindən
sevilmiş, sağlığında böyük İslam alimi kimi şöhrət
qazanmasından əlavə yaşadığımız dövrdə kifayət qədər
sevilən, nümunə olan, düşüncəsi və elmi əsərləri ilə bir
çoxlarımızın ilham alaraq elmləndiyi nümunəvi şəxsiyyətdir.
Mütəhhəri öz zamanəsini dərindən tədqiq edərək onu
lazımınca tanımağa çalışırdı.
O, bu barədə özünün “Gənc nəslin yönləndirilməsi”
adlı məqaləsində yazır:
“Biz hazırda çox mühüm bir sual qarşısında
dayanmışıq. Yaşadığımız dövrdən, onda baş verən
mühüm dəyişikliklərdən xəbərsizik.