Page 322 - Pure Life 13
P. 322
290 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Misal olaraq, sayt vasitəsi ilə məlumat əldə edərkən, sizə
təqdim olunan məlumatlar hər nə qədər rəngarəng və çox
çeşidli olarsa, bir o qədər də, yüksək nəticə əldə edə bilərsiniz.
Virtual təhsil zamanı tədris olunan mətnlər bir neçə formatda
təqdim edilir. Həmçinin, bu proses, təhsil müdiriyyəti,
şagirdlərin tərkib tapdığı qruplar, mütəxəssislər və dərslikləri
hazırlayanları əhatə edir. Virtual təhsil sistemindən istifadə
etməklə, şagirdlər onlara münasib olan zaman hüdudunda
bəhrələnə bilirlər. Bu təhsil sisteminin ən dəyərli
xüsusiyyətlərindən biri də, təhsil sahəsindəki nazir
məqamların, müdirlərin, müəllimlərin tədris formasına,
keyfiyyətinə və şagirdlərin fəaliyyətlərinə nəzarət etmək
imkanının olmasıdır. Virtual təhsil sisteminin hədəfi, müasir və
daha sərfəli proqramlarla şəxsin elmini və bacarığını
artırmaqdır. Bu təhsil növündə, şagirdlər təlim gördükləri
dövrənin məlumatlarına və mətninə malik olmaq üçün zaman
və məkan məhdudiyyəti ilə üzləşmir. Virtual təhsil sistemində
tədris mərkəzinə gediş-gəliş, müəllimlərə, müşavirlərə çəkilən
xərclər azalır və əlavə vaxt itirilməsinin qarşısı alınır. Bu təhsil
növündə, tədris dövrələri (semestrlər, vebinarlar) daha kiçik
dövrələrə ayrıla və əvəzində daha çox günlər, həftələr istifadə
oluna bilər. Virtual təhsil sistemində, klassik təhsildə olduğu
kimi, müəllim və şagird arasında mətləbi daha yaxşı anlamaq
üçün (təkrar) əlaqə yaratmaq mümkündür. Onlayn dərslərdə
iştirak edən şəxslər, qorxu və xəcalət hissi olmadan, elə bir
mühitə daxil olurlar ki, səhv etdikləri zaman başqalarının
hökmü, tənəsi ilə üzləşmədən yeni-yeni mövzularda özlərini
sınaya bilərlər. Bu imkan, xüsusilə də, şəxsin bir sıra
məharətləri, qərara gəlmək, rəhbərlik etmək kimi
qabiliyyətlərini təcrübə etdiyi zaman daha da öz əhəmiyyət və
dəyərini aşkar edir.
Açar Sözlər: Virtual Təhsilin, Dini Virtual Təhsilin, ölçü Meyarları