Page 323 - Pure Life 13
P. 323
Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin
ölçü Meyarları
1
Müəllif: Elnarə Abdulova (Azərbaycan)
Alınan Tarix: 01/02/2017 Qəbul Tarixi: 30/07/2017
Məqalənin Xülasəsi
Məqalədə Dini virtual təhsilin keyfiyyət dərəcəsinin ölçü
meyarlarında söhbət açılır. Virtual təhsil sisteminin lazımlı
olması və faydaları haqqında danışılır. Virtual təhsil
sisteminin başqa təhsil sistemlərilə müqayisədəki
üstünlüklərinə işarə olunur. Dini virtual təhsilin ölçü
meyarı haqqında söhbət açılır. Virtual dini təhsil sisteminin
bizdən bir neçə tələbləri müzakirə edilir. Əsrlər boyu dünya
mütəfəkkirləri arasında özünə məxsus fikir və düşüncəsi
olan şəxslər yaşayıb-yaratmış, öz zəkası ilə bəşəriyyətə
xidmətlər etmişlər. İnsanlıq bu şəxslərə çox şey borcludur.
Məhz bu elm fədailərinin sayəsində insane dəyərlər inkişaf
etmiş, düşüncələr işıqlanmış, qaranlıqlar aydınlığa
qovuşmuşdur. Adından məlum olduğu kimi, Virtual təhsil
sistemi, audio, video, sayt, televiziya və sair müxtəlif
virtual-elektron vasitələrlə, icra edilən təhsil sistemidir.
Həqiqətdə, Virtual təhsil sistemi müasir texnologiyadan
istifadə etməklə qiyabi şəkildə onlayn fəzada təhsil
almaqdır. Başqa sözlə desək, Virtual təhsil sistemində
tədris olunan mövzular, audio, video və mətndən istifadə
edilərək, şagird və müəllim, yaxud şagirdlər arasında fikir
mübadiləsi yüksək şəkildə icra edildiyinə görə, təhsilin
keyfiyyəti ən məqbul həddə yetişir. Müasir və inkişaf etmiş
vasitələrdən istifadə edərək, elmi və ümumi məlumatları
daha gözəl və üstün keyfiyyətlə təqdim etmək mümkündür.
1. İslam araşdırmaları fakültəsi magistr, Əl-Mustafa Beynəlxalq Open
Universiteti, Qum, İran, elnareabdul@mail.ru