Page 324 - Pure Life 13
P. 324
288 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Əgər evdə internet üçün təyin etdiyiniz vaxtın qısa
olmasından dolayı, internet klublara gedirsə,
internet saatını biraz artıra bilərsiniz. Çünki,
internet kluba gedən bir uşaq bir çox pis vərdişlərə
yiyələnə bilər.
- Övladlarınızın internet vasitəsilə tanıdığı səmimi
dostlarını tanımağa çalışın, mümkünsə ailəvi
şəkildə əlaqələriniz olsun.
- Evinizdə internet yoxdursa və övladınız dərsini həll
etmək üçün mütləq internetdən istifadə etməlidirsə,
tanıyıb əmin olacağınız bir internet kluba göndərin
ya özünüz də onunla birgə gedin.
- Bütün tədbirlərə baxmayaraq, yenə internetin
zərərli istifadəsindən narahatsınızsa, bu işlərdən
yaxşı anlaya biləcək birinə müraciət edərək
internetdən nə zaman və hansı səhifələrdən istifadə
edildiyi barəsində ətraflı məlumat ala bilərsiniz.
İstifadə Olunan Mənbələr
1. Mətndə mənbələrdən istifadə olunur.
2. Məqalənin mətninə istinadlar.
3. Bu cür istifadə məqalənin təbiəti ilə bağlıdır.