Page 328 - Pure Life 13
P. 328

284 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

               Sosial Təsirlər
                 Vaxtının  çoxunu  internetdə  keçirən  insanların,  ələxsus
               uşaqların  dostluq  əlaqələri  qurmaq  məsələsində  uğursuz
               olduğu  bilinir.  Bu  uşaqlar  arasında  aparılan  sorğuda
               onların “özünü necə hiss edirsən?”
               sualına verdikləri cavab “tənhayam” olmuşdur.


               Təhlükələr
               İnternet gözəllikləri olduğu qədər təhlükəli olan bir yerdir.
               Web səhifələrdə gəzərkən uşaqların qarşısına birdən birə
               pornoqrafik,  narkotik,  müxtəlif  silahlar,  əldə  hazırlaya
               biləcəkləri partlayıcılar, oğurluğa təşviq edən görüntülərin
               çıxması və təbii olaraq onların da buna maraq göstərməsi
               çox geniş yayılan bir haldır.
                  İngiltərədə aparılan bir araşdırmada uşaqların 33%-nin
               internetdə  gördüklərindən  dolayı  tərbiyələrində  pozulma
               hallarının müşahidə olunmuşdur.
                  CNN/TİME  tərəfindən  yeni  yetmələr  (13-17  yaş)
               arasında  aparılan  sorğuda-uşaqların  62%-nin  hansı
               internet  səhifələrinə  girdiyindən  valideynlərinin  xəbəri
               olmaması orataya çıxarmışdır.
                  Uşaqlardan      hansı     web     səhifələrdə     olduqları
               soruşulduqda  isə-  44%  pornoqrafik  səhifələrdə,  25%
               radikal  fikirlər  yayan  qruplar  haqqında  səhifələrdə,  14%
               partlayıcıların  necə  düzəldilməsinə  aid  səhifələrdə,  12%
               haradan  silah  əldə  edə  biləcəklərini  məlumatını  verən
               səhifələri izlədikləri məlum olmuşdur.
   323   324   325   326   327   328   329   330   331   332   333