Page 327 - Pure Life 13
P. 327
Virtual Aləmin Dini Təhsil alan Tələbələrin Davranış … /285
Gənclərin 43% valideynlərinin onlara internetlə
əlaqədar hər hansı bir qayda qoymadıqlarını, 31% ailələrin
qoyduğu qaydalara nəzarət etdiklərini, 26% ailələrdə isə
qaydalar olsa belə, qaydalara məhəl qoyulmadığı və
istədikləri web səhifələrə girdikləri müəyyən olunmuşdur.
Gənclərin 78%-i internetin faydalı olduğu qənaətindədir.
Digər bir təhlükə isə, virtual yolla qurulan
dostluqlardır. Bu yolla qurulan dostluqlarda hər cür əxlaqa
zidd davranışlar və pis niyyətli təkliflər ola bilər. Yenə də
CNN/TİME-ın araşdırmasında uşaqlara əxlaqsız təkliflərin
gəldiyinə dair aparılan sorğuda qızların 58%i, oğlanların
isə 39%i "hə" cavabını vermişdir.
İnternet son illər çox sürətlə yayılaraq həyatımız hər
sahəsinə nüfuz etmişdir. Son 10 ildə baş verən bu dəyişikliklər
ələxsus iş, təhsil və sosial həyatımıza da yeniliklər gətirdi.
Adət edilən münasibətlərdən fərqli olaraq virtual
münasibətlər insanların tənhalığına və yadlaşmasına səbəb
olur. Jest və mimikaların olmadığı bir ünsiyyət vasitəsi.
İnternet Tənhalaşdırır
Virtual həyatı üz-üzə keçirəcəyiniz zamana dəyişməyin.
Yoxsa, sosial həyatdan ayrıla bilərsiniz. İnsanın
texnologiya, araşdırma, kəşfetmə, yeniləmə və.s kimi
maraqlarının nəticəsində artıq rabitə çox asanlaşıb. Amma
bu asanlığın da bir bədəli olmalı idi və təəssüf ki, oldu da-
insanlar yalnızlığa sürüklənir.
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları.
Saatlarla internetdə vaxt keçirən birinin zamanla öz
yaxınlarından uzaqlaşdığı, ətrafına və bir çox dəyərlərə
qarşı etinasızlığı müşahidə edilir.
Araşdırmanın sonunda isə, “internetin insan həyatına
qumar oyunu kimi təsir edəcəyinə” dair xəbərdarlıq
etmişdir. İnternetin faydası, zərərləri və zərərlərindən
qorunma yolları.