Page 326 - Pure Life 13
P. 326

286 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                   “İnternetsiz  yaşaya  bilmərəm”  deyənlər  ailələrinə,
                 həyat  yoldaşlarına,  uşaqlarına  və  dostlarına  ayırdıqları
               zamandan daha çoxunu internetdə keçirirlər.
                  Bəs niyə internetə bu qədər ehtiyac var?
                  Real  həyatda  özlərini  ifadə  edə  bilməyənlər  sosial
               mediada daha rahat olurlar.
                  İnsanın  ən  mühüm  ehtiyaclarından  biri  nəzarətdir.
               Sosial medialar insana bu nəzarət etməni verir.
                  Yəni,  insanlar  sosial  mediada  fiziki  cəhətdən
               olmadıqlarından dolayı, istənilən birinin internetdən gizli
               istifadə  etməsi,  özünü  gizlətməsi,  əlaqə  yaradacağı
               insanları özünün seçməsi və həmin insanlara göndərəcəyi
               mesajlarda  nəzarətin  tamamilə  əlində  olması  bu  cür
               şəxslər üçün olduqca əlverişlidir.

               Bəs Cinsi Münasibətlər?
               İnsanlar görünmədikləri bir dünyada cinsi istəklərini çox
               rahat ifadə edə bilirlər. Bu kimi mövzular üz-üzə çətinliklə
               danışılacaq  mövzular  olduğundan  sosial  media  bu
               mövzular təəssüf ki, çox asanlıqla danışılır və ailələrdə bir
               çox problemlərə yol açır.
                  Facebookda dostlarının şəkillərini bəyənən, şərh yazan,
               şəkillər,  mahnılar,  fikirlərini  bölüşən  və  etdikləri  hər  bir
               şeyi paylaşan insanların sayı gündən-günə artmaqdadır.
                  İnsan  nə  qədər  görünmədiyi  yerdə  özünü  daha
               təhlükəsiz  hiss  etsə  də,  gərək  "üz-üzə"  münasibətlərə  də
               vaxt ayıraq.
                  İnsan  təbiətcə  görmək,  toxunmaq,  qucaqlamaq,
               qoxusunu hiss etmək, səsini eşitmək və.s istəyir. Ona görə
               sosial  şəbəkələrdə  paylaşılan  şəkillər,  videolar  üzüzə
               görüşün yerini əsla verə bilməz.
   321   322   323   324   325   326   327   328   329   330   331