Page 325 - Pure Life 13
P. 325

Virtual Aləmin Dini Təhsil alan Tələbələrin Davranış … /287

                  İnternetin zərərlərin necə qorunaq?
                  Doğru  istifadə  edildiyi  müddətcə  çox  faydalı  olan
               internet  çox  təəssüf  ki,  bir  çoxlarımız  tərəfindən  zərərli
               şəkildə istifadə edilir.

                  Bu  zərərlər-sağlamlığımıza,  münasibətlərimizə  və  ən
               əsası  vaxtımızın  boşa  xərclənməsinə  səbəb  olur.  Bu  cür
               faydalı bir sistemdən zərərli istifadə etməmək üçün nələrə
               diqqət edək?
                   -  Komputer  ya  notebookunuz  üçün  sınanmış  yaxşı
                      bir  filtr  proqramı  yükləyin.  Bununla  da  həm
                      özünüz,  həm  övladlarınız  üçün  istifadə  edə
                      biləcəyiniz  faydalı  səhifələri  müəyyənləşdirərək,
                      zərərli səhifələri blok edə bilərsiniz.
                   -  Komputer  ya  notebookunuzu  hər  kəsin  görə
                      biləcəyi  yerdə  quraşdırmaq  lazımdır  ki,  daha
                      faydalı  istifadə  edilsin.  Yəni,  başqalarınıın
                      görməsindən  narahat  olunacaq  zərərli  görüntülərə
                      baxmaq imkanı olmasın.
                   -  Monitorun  arxası  divara  şəkildə  yerləşdirin.
                      Monitorun       ekranını     gizlədəcəyiniz     şəkildə
                      yerləşdirməyiniz  ailəniz  və  övladlarınızın  onlara
                      güvənmədiyiniz  mənasına  gələ  bilər.  İnternetin
                      faydası, zərərləri və zərərlərindən qorunma yolları.
                   -  Ailəliklə  internetdə  vaxt  keçirəcəyiniz  saat  limiti
                      təyin edin və ilk öncə bu qaydaya özünüz əməl edin.
                      Bununla ailənizə çox gözəl örnək ola bilərsiniz.
                   -  Özünüz  də  daxil  olmaqla  evdə  tək  olduğunuz
                      vaxtlarda  internetdən  istifadə  etməyin,  bununla
                      övladlarınıza çox gözəl nümunə ola bilərsiniz.
                   -  Evinizdə internet ola-ola övladınız hələ də internet
                      klublara  gedirsə,  bunun  səbəbini  mehribancasına
                      ondan öyrənməyə çalışın.
   320   321   322   323   324   325   326   327   328   329   330