Page 132 - Pure Life 02
P. 132
238/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Yadda saxlamaq lazımdır ki, ümumiyyətlə «üç başlanğıc» inamı Assuriya və
qədim Babilistan dinlərində də var idi. Dünyada yaranmış ilkin «üç başlanğıc»
haqqındakı fikir isə günəşpərəstlərə aiddir. Bu əqidə «Hind-Avropa üçlüyü»nün
bünövrəsini təşkil edir. «Veda» larda oxuyuruq:
«Günəşə iman bəsləyirik. O, bir Allahdır, hər şeyi idarə edəndir, yerin və göyün
yaradanıdır. Onun yeganə, vahid, «oğlu» olan «Atəşə» iman bəsləyirik. O, nurdan
bir nurdur. «Qeyri-məxluq»dan doğulmuş və mahiyyətcə «Ata» ya bərabərdir. O,
«ruh» dan cəsəd şəkilində yaranmış, bakirə qızın bətinində yerləşmişdir.»
Burada maraqlı bir faktı da qeyd etmək yerinə düşərdi: «Nikeyya şurasında
300-ə yaxın biri-birindən fərqli «incil» əlyazmaları ortaya çıxdı. İncillərin hansının
saxta, hansının həqiqət olmasını dəqiqləşdirmək Konstantinə o qədər ağır gəldi ki,
olduqca gülünc bir qərar qəbul etdi: «Bütün incillər «mərkəzimizdə» yığılsın. Otağın
qapısı kilidlənsin. Bütün gecəni «müqəddəs atalar» Allaha dua etsin ki, həqiqi incil
mizin altından çıxıb, onun üstündə qərar tutsun!» Elə belə də oldu.
Səhər açılanda, Pavelin əqidəsini dəstəkləyən incil - İskəndərin nümayəndəsi
Asanasyusun gətirdiyi incil - mizin üzərində müşahidə olundu. Bununla
da qalan bütün incillər zorla müsadirə olunaraq çox hissəsi yandırıldı, bəziləri
isə arxivdə saxlanıldı. Amma heç kim Konstantinin qorxusundan soruşa
bilmədi ki, otağın açarı gecə kimin yanında idi. Çünki əgər açar Konstantinin
yanında olmuş olsaydı, sual edən, şübhəsiz padşaha qarşı böhtan və təhqir
1
ittihamı ilə edam olunacaqdı.
Lakin ixtilaflar səngimədi və 381-ci ildə Konstantiniyyə şurası təşkil
olundu. Bu şura «Üç üqnum əqidəsi»ni təkmilləşdirərək onu təsdiqlədi. Belə
ki, müqəddəs Ruhu da zatən Ata Allah və oğul Allah (İsa) ilə eyni məqamda
sayaraq vahid bir zata məxsus olduğunu bəyan etdi.
«Üç üqnum əqidəsi»nin tərəfdarları və müxalifləri arasındakı münaqişələr,
bununla sona yetmədi. Bu səbəbdən də, Koldson şurası (451-ci ildə) quruldu.
Koldson şurası İsanın (ə) insan olduğuna etiraf etdi, eyni halda isə yenə onu
Allahın oğlu saydı. Bu isə müxalifləri razı salmadı. 589-cu ildə Atanasyus şurası da
çəkişmələrə son qoya bilmədi. Baxmayaraq ki, müqqəddəs Ruhun Allahla eyni
xətadan olmadığını söylədi, amma bu «Üç üqnum əqidəsi»nə etiraz edənləri qane
etmədi. («Dinlər tarixi», c. 3, səh. 771-768; «Qərb fəlsəfəsi tarixi», c. 1, səh.
471-472; «Protestant ilahiyyatı», səh. 17-20; «Mədəniyyətlər tarixi», səh. 633-636)
1. “İsa (ə) İslam elçisi”, Doktor Əhməd Behişti, səh. 133