Page 221 - Pure Life 02
P. 221

149/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           Bir gün onun böyük qızı bacısına dedi: «Bizim atamız yaşlıdır və bizim
                        başqa qadınlar kimi kişimiz yoxdur. Gəl atamıza şərab içirək və onunla cinsi
                        əlaqədə olaq ki, nəsli kəsilməsin.» Həmin gecə Lut şərab içərək böyük qızı
                        ilə əlaqə olur. Lut bu əhvalatdan xəbərsiz qalır... İkinci gecə kiçik qız da bu
                        işi təkrar etdir... Beləliklə, Lutun nəsli yox olmayıb, davam tapır. Maraqlıdır
                        ki, onun öz qızlarından iki oğlu oldu və onlar da peyğəmbər idilər və onların
                        nəslindən çoxlu peyğəmbərlər gəldi.

                        İbrahim peyğəmbər (ə)
                        Bibliyaya  görə,  guya  İbrahim  peyğəmbər  (ə)  öz  canının  qorxusundan  və
                        həmçinin tamahkarlığı ucbatından arvadı Saranı bacısı kimi təqdim edərək,
                        onu Firona  ərə verir. Əvəzində  isə, çoxlu mal-dövlət sahibi olur. Amma
                        zalım, qəddar və pozğun bir padşah olan Firon, Saranın İbrahimin (ə) arvadı
                        olduğunu  bildikdə  onu İbrahimə  (ə) qaytarır və bu işi tutduğuna peşman
                        olur. (Varlıq, 12-ci fəsil, 11-20-ci cümlələr)
                        Yaqub peyğəmbər (ə)
                        Varlıq, 14-cü fəsil, 37-50-ci cümlələrə əsasən, Yaqub (ə) oğlu Yusifin
                        ölüm  xəbərini  eşidən  kimi,  paltarlarını  cırıb  fəryad  edərək,  günlərini
                        vay-şivənlə  keçirib  ağlayırdı.  Onu  oğlu,  qızı  və  hətta  bütün  tayfası
                        ovutmağa çalışır. Lakin o nəinki ovunmaq bilmir, «belə ağlaya-ağlaya
                        qəbirə  gedəcəyini  söyləyir.»  Peyğəmbərlik  vəzifəsini  buraxaraq,
                        insanlardan uzaqlaşıb vay-şivənlə yaşayır...
                           Həmçinin  Yaqub,  aldatma  və  hiyləgərliklə  qardaşı  Evasın  haqqını
                        tapdalayaraq  onun  üçün  nəzərdə  tutulmuş  «xeyir-duanı»  atasından
                        oğurlayır. Və bu yolla peyğəmbərliyə yetişir (Varlıq, 30-cu fəsil, 25-43-
                        cü cümlələr və 27-ci fəsil, 1-46-cı cümlələr)
                        Davud peyğəmbər (ə)
                        Bibliya  Davudu  (ə)  «zülmkar»,  «qatil»  adlandırır.  Şamuel  2-kitab,  2-ci
                        fəsil, 2-28-ci cümlələrə görə, bir gün Davud öz otağında namaz qılarkən
                        bir göyərçin görür. Göyərçinə vurulan Davud, ibadətini buraxaraq onun
                        ardınca  qaçır  və  onunla  birgə  evin  damına  çıxır.  Elə  oradaca  gözü
                        əsgərlərdən birinin evində çimən Varsiva adlı arvadına düşür. Bir könüldən
                        min  könülə  ona  vurulan  Davud  guya  onu  zorlayaraq  qeyri-qanuni  cinsi
                        əlaqədə olur. Zaman keçir, Varsiviya Davuddan hamilə olur.
   216   217   218   219   220   221   222   223   224   225   226