Page 220 - Pure Life 02
P. 220
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 150
1
Bundan xəbər tutan Davud onun əri Oriyanı bilərəkdən qaynar döyüş
bölgəsinə göndərərək ona tələ qurdurur və öldürtdürür. Sonra isə onun arvadı ilə
rahat həyat sürməyə başlayır. Allah bu iyrənc əmələ görə Davuda qəzəblənir.
Onu bəlaya düçar edir Səhvini anlayan Davud tövbə edir. Allah onu bağışlayır...
Əyyub peyğəmbər (ə)
Varlıq, 3-cü fəsildə Allah tərəfindən xəstəliyə düçar olmuş Əyyubun
imtahandan və ilahi sınaqdan üzü ağ çıxmadığı, dözümsüzlük edərək Allaha
qarşı çıxması və şikayətlənməsi qeyd olunur. (Bir halda ki, başqa cümlələrdə
onun dözümlü və səbirli olduğu üçün təriflənməsinin şahidi oluruq.)
Süleyman peyğəmbər (ə)
Bibliyaya əsasən, Davud peyğəmbərdən (ə) sonra onun Varsiviyadan olan
oğlu Süleyman (ə) padşah olur. O, əzab-əziyyətin, çətinliyin nə olduğunu
bilmir. Belə ki, bu dövrdə kef-damaq, naz-nemət içərisində yaşayan
bəni-İsrail tayfası, ən gözəl qəsrlər tikir, hətta behiştdən də kömək alırlar.
Amma Süleyman peyğəmbər bu nemətlərə naşükürlük edərək Allaha
itaətsizlik edib, onun qadağan etdiyi dul qadınlarla evlənir. O, Moavlılar,
Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın seçir.
Bu azmış kimi, müxtəlif bütlərə sitayiş edən dul arvadlar, Süleymanın
qəlbini ələ alaraq, onu bütpərəst edirlər. Nəticədə, Süleyman Sidonluların
ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət edir.
Süleyman Rəbbin gözündə pis olan işlər edir və atası Davuddan fərqli
olaraq Rəbbə tamamilə xidmət etmir. Süleyman Yerusəlimin şərqindəki
dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü
Molek üçün səcdəgah düzəldir. O öz allahlarına buxur yandıran və qurbanlar
gətirən bütün yadelli arvadları üçün belə edir. Allah-təala guya Süleymanın
gözünə iki dəfə görünərək, bütpərəstlikdən əl çəkməyi əmr edir. Ancaq
Allahın əmrinə məhəl qoymayan Süleyman bütlərə ibadət etməklə kifayətlənməyib
qurbangah da tikdirir. Buna görə də, Allah qəzəblənərək onun ölkəsində
iğtişaş salır. Süleymanı isə cinlərin başçısı tərəfindən uzaq bir guşəyə atır. Cin
Süleymanın cildinə girərək ölkəni idarə etməyə başlayır. Süleyman (ə) tövbə
2
edir Allah onu atası Davud peyğəmbərin (ə) hörmətinə əfv edir.
1. Bibliyanın yazdığına görə, Oriya Davudun ən cəsur, sədaqətli, inamlı əsgəri sayılırdı.
2. Padşahlar (1), 11-ci fəs, 1-40-cı cüm.