Page 195 - Pure Life 03
P. 195

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 219

                  Bu  elə  bir  irfandır  ki,  özünün  son  hədəfinin  nəinki
               yalnızca  Allaha  qovuşmaq  və  “Qürb”  (Allaha  yaxınlıq)
               məqamına  çatmaq  olduğunu  deyir,  əksinə,  inanır  ki,  bu
               hədəfə qovuşmaq vasitələri də həmçinin dindən alınmalıdır
               və  dini  maarifə  uyğun  olmalıdır,  yaxud  da  ən  azı  dini
               maariflərə zidd olmamalıdır.
                  Bunun  müqabilində,  dini  təlimlərə,  maarifə  etinasız
               yanaşan,  mənəvi seyrin sonunu, hədəfini Allahdan başqa
               bir  yerdə  axtaran,  insanı  yalnızca  dünya  həyatı  ilə
               məhdudlaşdıran  hər  növ  irfanı  “sekulyar”  irfan
               adlandırırıq. Allahdan başqa şeyləri metafizik olsa belə öz
               hədəfi ünvanında seçən bütün irfanlara və yaxud da din və
               şəriətdən  başqa  bir  vasitə  ilə  özünün  son  hədəfinə
               qovuşmaq niyyətində olan irfanlara sekulyar irfan deyilir.
               1.5. Həqiqi və Yalançı İrfan
               Bütün dini irfanları zəruri olaraq həqiqi irfan hesab etmək
               olmaz. Çünki bir din təhrif oluna, ya da kimlər tərəfindənsə
               yaradıla  və  varlığın  mənşəyi,  mənbəyi  və  Allah-taaala
               haqında  yanlış  təsəvvür  verə  bilər.  Belə  bir  dində  arifin
               şəxsi  son  hədəfi  Allaha  qovuşmaq  ola  bilər,  amma  məhz
               həmin  dinin  mövzusu  olan  Allah  qeyri-həqiqidir.  Buna
               əsasən, belə bir dindən qaynaqlanan irfan qeyri-həqiqi irfan
               olacaq.
                  Misal  olaraq,  yəhudi  və  “Kavala”  irfanını  göstərmək
               olar. Bunlar  yəhudi dinindən qaynaqlanan irfan olsalar da
               yəhudiliyin təhrif olunmasına əsasən, onun irfanı da həqiqi
               irfan  ola  bilməz.  Əksinə,  o,  yalançı  irfan  kimi  tanınır.
               Məsihi  irfanını  da  həqiqi  irfan  hesab  etmək  olmaz,  çünki
               məsihi irfanı Xristianlıq dinindən qaynaqlansa da, mövcud
               məsihi dini təhrif olunmuşdur, hətta düzəltmə bir dindir.
                  Buna görə  də həqiqi irfan o irfandır ki, həqiqi dindən
               qaynaqlanmış  olsun.  Həqiqi  irfan  nəinki  yalnız  həqiqi
               hədəfin  axtarışındadır,  hətta  özünün  mənəvi  seyrinin
               təlimlərində də tamamilə həqiqi dinə və şəriətə tabedir.
   190   191   192   193   194   195   196   197   198   199   200