Page 211 - Pure Life 03
P. 211

“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 203

                  Kim  nankor  olsa,  (bilsin  ki)  Allah  onun  şükürünə
               möhtac  deyildir,  (özlüyündə)  şükürə  (tərifə)  layiqdir!
               (Onun  bütün  işləri  bəyəniləndir!)”  (8,  Loğman,  12)
               ifadəsiylə  vurğulanmaqdadır.  Allahın  hər  cür  nemətinə
               qarşı  Ona  şükr  etmək  hikmətlə  dolu  bir  hərəkəti  ifadə
               etməkdədir.  Bunların  ardınca  da  Loğmanın  (ə)  oğluna
               verdiyi  nəsihətlər  gəlməkdədir.  Allah  bu  ayələrdə  insanın
               ruhi  dərinliklərinə  xitab  edən  bir  üslubla  onu  həqiqətləri
               qavramağa,  başa  düşməyə  çağırır.  Bir  insan  başqalarına
               öyüd verərkən səmimi olmaya bilər.
                  Ancaq  bir  atanın  öz  oğluna  nəsihət  verərkən  səmimi
               olmaması mümkün deyil. Çünki ata oğlunun mütləq yaxşılığını
               istəyir. Bu ayələrlə Allah müsəlman olanların uşaqlarına təzyiq
               edən  məkkəli  müşrik  ailələrin  daxili  aləmlərinə  də  xitab
               etməkdədir.  Loğman  (ə)  oğluna  belə  öyüd  verir:  “..Oğlum!
               Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük
               zülmdür! (Ağır günahdır!).” (8, Loğman, 13). Görüldüyü kimi,
               zülmün ən böyüyü Allaha şirk qoşmaqdır. Bu ayədə uşaqlarına
               İslamdan  dönüb  Allaha  şirk  qoşaraq  ən  böyük  zülmü  tələb
               etmək istəyən məkkəli müşriklərin bunu edərkən, öz uşaqlarına
               qarşı  belə  davranmaqla  insan  fitrətinə  nə  qədər  zidd  hərəkət
               etdiklərini ortaya qoyulmaqdadır.
                  Müsəlmanlardan  ana  və  atalarına  yaxşı  davranmaları
               istənilir, Allaha şükr ilə ana-ataya təşəkkür mövzusu: “Biz
               insana  ata-anasına  (yaxşılıq  etməyi,  valideyninə  yaxşı
               baxmağı,  onlarla  gözəl  davranmağı)  tövsiyə  etdik”
               şəklində qeyd edilərək məsələnin əhəmiyyəti vurğulanır.
                  Surədə  diqqəti  çəkən  xüsusi  məqamlardan  biri  də
               etiqadın, sağlam əqidənin hər bir şeydən, hətta ata-anadan
               da əziz olduğudur. Buna işarə edən ayə: “Əgər (ata-anan)
               bilmədiyin  bir  şeyi  Mənə  şərik  qoşmağına  cəhd
               göstərsələr,  (bu  işdə)  onlara  itaət  etmə.  (Qalan)  dünya
               işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib
               Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut.
   206   207   208   209   210   211   212   213   214   215   216