Page 114 - Pure Life 07
P. 114
122 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
ehtiyaclı insanlara əl tutur və daim onların
köməyinə çatırdı. Bəzi nümunələr:
a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı
ktabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə
nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən
sonra, onun kürəyində qabar bağlamış yaralar
göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin
əlamətləri olmadığını görüb, İmam Səccadı (ə)
yaxına çağırdılar. Ona bunun nə olduğunu
soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam
gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə
dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz
insanların yanına aparır onlara paylayırdı.
1
Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir.»
Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd
Baqir (ə), Şəhidlər ağası Hüseyni (ə) «yetimlərin
2
baharı və sevinci» adlandırmışdır.
b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu
Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən
Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi.
Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O,
bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb
qurtarmayınca öz yerindən qalxmadı.»
v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət
Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi.
Məktubda yazılmışdı: «Ey Əba Abdullah (ə)! Beş
yüz dinar borcum var.
1. «Mənaqib», c. 4, səh. 70.
2. «Biharül-ənvar», c. 44, səh. 69.