Page 74 - Pure Life 07
P. 74
162 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Qiyamın əvvəlindən e`tibarən bir çox müsəlman
qadınlar İmam Hüseynə (ə) kömək etmək üçün öz
səylərini göstərmişlər. Bu səylər müxtəlif
formalarda ifadə olunaraq, özünəməxsus tə`sir
1
gücünə malik olmuşdur:
1. Elçilərə himayəkarlıq etdilər
Bə`zi qadınlar ağır şəraitdə, düşmən nəzarətinin ən
güclü və təhlükəli olduğu mühitdə İmam Hüseynə
(ə), onun tərəfdarlarına öz himayələrini əsirgəməmiş,
böyük rəşadətlə onları müdafiə etmişdir.
Kərbəla qiyamında, Tuə, kimi xanımın İmamın
(ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz
evində pənah verdiyini, düşmənlərdən gizləyərək,
2
qoruduğunun şahidi oluruq.
Bir halda ki, Həzrət Hüseyni (ə) on səkkiz min
məktubla Kufəyə dəvət edən kufəlilər Müslim ibn
Əqili şəhər küçələrində, İbn Ziyadın qoşununun
təqibi altında yalnız buraxaraq, onu tənha və
köməksiz qoymuşdu. Qorxaq Kufə əhli hətta
evlərinin qapısını da bağlamışdılar. Amma Tuə adlı
bir müsəlman xanım, Müslim ibn Əqili tanıyaraq,
onu öz evində gizlətdi. Və imanın qorxuya üstün
olduğunu sübut etdi.
1. Elə buna görədə hazırki bəhsimizdə qadınların Kərbəla
qiyamındakı fəaliyyətlərini təhlil edərkən Əhli-beyt (ə)
xanımlarının həll edici rolunu müstəqil şəkildə, ayrı bir sual
ətrafında araşdıracayıq.
2. Zəbihullah Məhəllati, «Rəyahinüş-şəriə», c. 4, səh. 374;
«Biharül-ənvar», c. 44, səh. 350-358; Şeyx Müfid, «İrşad», səh.
401-404; Əbi Muxnəf, «Məlhuf əla qətlil-tafuf», səh. 112-119.