Page 73 - Pure Life 07
P. 73
Kərbəla qiyamında qadınların rolu / 163
2. Dəyərli məsləhətlər verdilər
Bir çox qadınlar Həzrət Hüseynin (ə) də`vətini
qəbul etmək üçün tərəddüd edən ərlərini İmama (ə)
qoşulmağa meylləndirir, bu barədə onlara dəyərli
məsləhətlər verirdilər.
Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn
Tin məhz həyat yoldaşı Dilhəm binti Əmrin
məsləhəti sayəsində haqqın yolunu taparaq, İmam
1
Hüseynə (ə) qoşuldu.
Züheyr ibn Tin İmamın (ə) tərəfdarı kimi
tanınmırdı. O, hətta Həzrət Hüseynin (ə) onu də`vət
etmək üçün göndərdiyi elçisinə də, rədd cavabı
verdi. Amma, belə olduqda arvadı Dilhəm,
Züheyrə: «Sübhənəllah! Sən peyğəmbər övladının
də`vətini qəbul etmirsən? Utanmırsanmı?
Heç olmazsa get, səninlə nə işi olduğunu
öyrən!»- dedi. Həyat yoldaşının məntiqli sözləri
qarşısında xəcalət çəkən Züheyr ibn Tin İmamın
(ə) yanına gedib, onunla görüşdü. Sonra isə
Dilhəmin yanına qayıdaraq, Hüseynə (ə)
qoşulduğunu, onunla birgə düşmənə qarşı mübarizə
aparacağını söylədi.
Lakin o, Dilhəmin razı olmayacağını zənn etdiyi
üçün qorxurdu. Dilhəm isə öz növbəsində ərinə
dedi: «Züheyr get! Allah sənə kömək olsun.
1. «Əyanüş-şiə», c. 6, səh. 427; «Tarixi-Təbəri», c. 3, səh. 302;
«Biharül-ənvar», c. 44, səh. 372-373; «Rəyahinüş-şəriə», c. 3, səh. 307.