Page 89 - Pure Life 07
P. 89

Aşura mərasimləri, mənəvi dəyər kimi/ 147

                     İmam (ə) buyurdu: yalan deyirlər. Bu ayə bizim,
                  xüsusilə  də  Əhli-beytin  (ə)  Əlinin  (ə),  Fatimənin
                  (ə),  Həsənin  (ə)  və  Hüseynin  (ə)  haqqında  nazil
                             1
                  omuşdur” .
                     İmam  Hüseynin  (ə)  fəzilətlərinə  işarə  edən
                  ayələrdən  biri  də  “Hamınız  bir  yerdə  Allahın
                  ipindən       möhkəm         yapışın,     bir-birinizdən
                                 2
                  ayrılmayın”  ayəsidir.
                     Bu  ayədə  məqsədin  Əhli-beyt  (ə)  olduğunu
                  görkəmli  islam  alimləri  Sələbi  “Təfsiru-Sələbi”
                  əsərində,  İbn  Həcər  əl-Heytəmi  isə  “əs-Səvaiqül-
                             3
                  mühriqa”
                     əsərində İmam Sadiqdən (ə) rəvayət edirlər: “Biz
                  Allahın  ipiyik  ki,  bizim  haqqımızda,  «Hamınız
                  Allahın ipindən möhkəm yapışın, bir-birinizdən
                  ayrılmayın» demişdir”.
                     Bu ayədən belə məlum olur ki, İmam Hüseyn (ə)
                  digər  imamlarla  (ə)  birlikdə  yer  üzündə  Allahın
                  möhkəm  ipidir  və  ondan  yapışmadan  nicata
                  yetişmək mümkün deyildir.
                                                  4
                     Peyğəmbər  (s)  buyurur:  “Həsən  və  Hüseyn
                                                                 5
                  dünyada mənim iylədiyim iki reyhandır” .





                  1. Təfsiru nurüs-səqəleyn, cild IV, səh-572, hədis № 65.
                  2. Ali İmran -103.
                  3. səh-233.
                  4. Daha geniş məlumat üçün bax: İbrahim Quliyev, Hədisi-şəriflərdə
                  müqəddəs şəhərlərin tarixi, Bakı, nurlar, 2012, Kərbəla fəslinə.
                  5. Səhihi-Buxaridə nəql olunub.
   84   85   86   87   88   89   90   91   92   93   94