Page 87 - Pure Life 07
P. 87
Aşura mərasimləri, mənəvi dəyər kimi/ 149
Əbu Zər əl-Qəffari nəql edir: “Peyğəmbər (s)
mənə Həsən (ə) və Hüseyni (ə) sevməyi əmr
etmişdir. Mən də onların ikisini çox sevirəm və
onları sevənləri də çox sevirəm. Çünki Peyğəmbər
1
(s) onların ikisini çox sevərdi” .
Həmçinin Əbu Zər rəvayət edir: “Peyğəmbəri (s)
Həsən və Hüseyni öpən gördüm. O, dedi: hər kəs
Həsən (ə) və Hüseyni (ə) və onların övladlarını
sevsə, Cəhənnəm onun üzünü yandırmaz, hətta onun
günahı saysız-hesabsız olsa belə. Amma bu şərtlə ki,
onun günahları onu imandan xaric etməmiş olsun” .
2
Abdullah bin Məsud rəvayət edir:
“Peyğəmbərdən eşitdim ki, deyirdi: hər kəs məni
sevirsə, bu iki oğlumu sevsin. Çünki Allah mənə
3
bunları sevməyi əmr etmişdir” .
İmam Sadiq (ə) buyurur: “ Peyğəmbər (s)
buyurmuşdur: hər kəs Allahın Quranda dediyi
möhkəm ipdən yapışmaq istəyirsə, Əbu Talib oğlu
Əlini (ə) özünə rəhbər tutsun, Həsən (ə) və Hüseyni
(ə) isə sevsin. Çünki Allah öz ərşinin üstündə
4
onları sevmişdir” .
1. İbn Qələveyh, Kamilüz-ziyarət, səh-113, hədis № 118, Əllamə
Məclisi, Biharül-ənvar, cild 43, səh-269.
2. Ibid, səh-114, hədis № 119, Əllamə Məclisi, Biharül-ənvar,
cild 43, səh-269.
3. Ibid, səh-113, hədis № 120, Əllamə Məclisi, Biharül-ənvar,
cild 43, səh-270.
4. Ibid, səh-114, hədis № 121, Əllamə Məclisi, Biharül-ənvar,
cild 43, səh-270.