Page 86 - Pure Life 07
P. 86
(
/
150 PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Peyğəmbər (s) buyurur: “Hər kəs Həsən (ə) və
Hüseynə (ə) nifrət edərsə, Qiyamətə üzünün əti
tökülmüş halda gələcək və o, şəfaətimə nail
1
olmayacaqdır” .
Əli (ə) buyurur: “Həsən (ə) və Hüseyn (ə)
2
Peyğəmbərin (s) iylədiyi reyhandır” .
Hədisi-şəriflərdə Kərbəla hadisəsi
Məşhur islam alimi Əhməd bin Hənbəl rəvayət
edir: “Əli (ə) Süffeyn döyüşünə gedərkən Kərbəla
ərazisində dayandı. O, buranın hara olduğunu
soruşduqda dedilər: bura Neynəvadır.
Əli (ə) dedi: səbr et ey Əba Ədillah! Səbr et ey
Əba Əbdillah! Ona dedilər: nə baş verir? O, dedi:
bir gün Peyğəmbərin (s) yanına daxil oldum və onu
gözü yaşlı gördüm.
Dedim səni kim qəzəbləndirib ki, gözlərindən
belə yaş gəlir ya Rəsulallah? Dedi: Cəbrail (ə)
mənim yanımda idi. O, mənə dedi ki, Hüseyni (ə)
Fəratın sahilində öldürəcəklər.
Onun türbəsindən iyləmək istəyirsənmi? Dedim:
bəli. O, əlini uzadıb o torpaqdan götürdü mənə
3
verdi. Buna görə gözlərim yaşarıb” .
1. İbn Qələveyh, Kamilüz-ziyarət, səh-115, hədis № 122, Əllamə
Məclisi, Biharül-ənvar, cild 43, səh-270
2. Ibid, hədis № 124, Əllamə Məclisi, Biharül-ənvar, cild 43, səh-270.
3. Müsnədi-Əhməd, cild I, səh-86, hədis № 648, Hənbəli
Muqəddəsi, əl-Əhadisil-Muxtarə, Məkkə çapı, cild II, səh-375,
hədis № 758, Məcməüz-zəvaid, cild IX, səh-187