Page 88 - Pure Life 07
P. 88

148  / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     Peyğəmbər  (s)  digər  bir  hədisində  buyurur:
                  “Həsən  (ə)  və  Hüseyn  (ə)  Cənnət  cavanlarının
                             1
                  ağasıdır” .
                     Peyğəmbər        yenə     buyurur:     “Hüseyn       (ə)
                  məndəndir,  mən  də  Hüseyndənəm(ə).  Hüseyni  (ə)
                                                       2
                  sevən hər kəsi Allah sevmişdir” .
                     Həmçinin  buyurub:  “ey  Əli!  Həqiqətən  Həsən
                  (ə)  və  Hüseyn  (ə)  mənim  zehnimi  çox  məşğul
                  edirlər. Mən onlardan başqa heç kimsəni bu qədər
                  sevmirəm.  Çünki  Rəbbim  mənə  əmr  etmişdir  ki,
                  onları və onları sevəni sevim” .
                                                    3
                     Həzrət  digər  bir  hədisində  buyurur:  “Hər  kəs
                  Həsən və Hüseyni sevsə, məni sevmişdir. Hər kəs
                                                                       4
                  onları qəzəbləndirsə, məni qəzəbləndirmişdir”
                     İmran  bin  Həsin  rəvayət  edir:  “Peyğəmbər  (s)
                  mənə  dedi:  Ey  İmran!  Həqiqətən  hər  bir  qəlbin
                  bağlı  olduğu  bir  şey  vardır.  Mənim  də  qəlbim  bu
                  iki oğlana  bağlıdır. Dedim:ey Rəsuləllah! Qəlbinin
                  hamısımı bunlara bağlıdır? Dedi:ey İmran! Onlara
                  olan  sevgimin  əksəriyyətin  səndən  gizlədirəm.
                                                                    5
                  Allah mənə əmr etmişdir ki, bunları sevim” .


                  1. Hürr Amili, Vəsailüş-şiə.
                  2. İbn Qələveyh, Kamilüz-ziyarət, səh-116, hədis № 125, Əllamə
                  Məclisi, Biharül-ənvar, cild 43, səh-261.
                  3. İbn Qələveyh, Kamilüz-ziyarət, səh-112, hədis № 116, Əllamə
                  Məclisi, Biharül-ənvar, cild 43, səh-269.
                  4. Əbulqasim Təbərani, Möcəmül-kəbir, ikinci nəşri, 1404/1984,
                  cild  III, səh-48, hədis № 2645.
                  5. İbn Qələveyh, Kamilüz-ziyarət, səh-113, hədis № 117, Əllamə
                  Məclisi, Biharül-ənvar, cild 43, səh-269.
   83   84   85   86   87   88   89   90   91   92   93