Page 84 - Pure Life 07
P. 84
152 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Təəssüflər olsun ki, bu növdən olan hədislər bəzi
insanların təfəkküründə çaşqınlıq yaratmış və
nəticədə onlar əzəli ilahi elmlə cəbəriyyə əqidəsini
bir- birlərinə qarışdırmışlar.
Çünki cəbəriyyə əqidəsinə görə insan ixtiyar
sahibi deyil, o nə edirsə, ilahi yazı əsasında edir.
Hətta insanın günah etməsini Allah tərəfindən
olduğunu iddia edən cəbərilər Kərbəla hadisəsində
Yezidin bu işi özbaşına deyil, ilahi təqdir əsasında
etdiyini deyirlər.
Bu əqidə isə əlbəttə ki, həqiqi islam əqidəsi deyil
və ola da bilməz. Çünki hər şey bu əqidə
sahiblərinin dedikləri kimi olsaydı, onda Allahın bu
qədər peyğəmbərlər və kitablar göndərib insanları
pis yoldan çəkindirib doğru yola çağırmasının nə
mənası olardı?
Əgər onların əqidəsi doğru olsaydı, onda bütün
günahların hamısı qanuniləşmiş olardı və bununla
da günahkarlar üçün nəzədrdə tututlmuş ilahi əzab
öz əhəmiyyətini itirərdi. Necə ki, Yezid və onun
tərəfdarları bu əqidəni dəstəkləməklə özlərini
“təmizə” çixardırdılar.
Halbuki Qurani-Kərim buyurur: “Kim zərrə
qədər yaxşı iş görsə, onun xeyrini görəcəkdir.
Kim zərrə qədər pis iş görsə, onun zərərini
1
görəcəkdir” .
1. əl-Zilzal-7-8.