Page 85 - Pure Life 07
P. 85
Aşura mərasimləri, mənəvi dəyər kimi/ 151
Bundan başqa digər sünnü qaynaqlarında
Hüseynin (ə) Fərat sahilində, Kərbəla çölündə
şəhid ediləcəyi və Peyğəmbərin (s) ona ağlayıb göz
1
yaşı tökməsi haqqında hədislər vardır .
İbn Həcər əl-Heytəmi Aişədən rəvayət edir:
“Peyğəmbər (s) buyurdu: Cəbrail (ə) mənə xəbər
verdi ki, oğlum Hüseyni (ə) məndən sonra Tif adlı
çöldə qətlə yetirəcəklər. Bu torpağı mənə gətirdi və
2
xəbər verdi ki, bu onun yatdığı yer olacaqdır” .
Bu və ya buna bənzər bir çox hədisi-şəriflərdən
bəlli olur ki, Kərbəla hadisəsinin baş verməsi
qabaqcadan Allah tərəfindən Peyğəmbərə (s) xəbər
verilmişdir. Deməli, bu hadisənin törədilməsi
əzəldən ilahi elmdə təsbit olunmuş və Allah əhatəli
elmi ilə bunu əvvəlcədən bilmişdir. Necə ki, Quran
buyurur:
“O, bütün yaranmışların keçmişini və
gələcəyini bilir. Onun elmi göyləri və yeri əhatə
etmişdir” .
3
Amma bu hədislərin mənası o demək deyildir ki,
Kərbəla hadisəsi Allah tərəfindən yazılmış və
ondan qaçmaq heç cürə mümkün deyildir.
1. Bax: İbn Əbi Şeybə, Musənnəf, cild VII, səh-477-478, hədis
№ 37366, Müsnədi-Bəzzar, cild III, səh-101, Müsnədi-Əbi Yəla,
cild I, səh-298, Təbərani, Möcəmül-kəbir, cild III, səh-105,
Hakim Nişapuri, əl-Müstədrək alə səhiheyn, cild III, səh-194.
2. əs-Səvaiqül-mühriqə, səh-292.
3. Bəqərə-255.