Page 220 - Pure Life 09
P. 220
/
(
250 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
Bəziləri dövləti hökumətdən ayırırlar. Məsələn:
Balard "hökumətin dövlətin onun vasitəsi ilə əməl
etməsinə etiqadlıdır.” Vilson “hökuməti qanuni
olaraq əllərində qüdrət olan bir qrup, amma dövləti
həmin qrupun fəaliyyətini təyin və tənzim edən bir
tərkib” hesab edir. Nəticədə, dövlətin hüquqi
məfhumunu Hakelsonun dililə belə bəyan edir:
1
“Dövlət qanuni bir sistemdir.”
2
2. Hökumət
Bir dövlət öz hədəflərinə düzgün şəkildə təşkil
olunduğu və əməl etmək üçün münasib bir
nümunəni seçdiyi zaman öz hədəflərinə nail ola
bilər. Rəftari nümunənin (meyarın) həyata keçməsi
məsuliyyətini öz üzərinə götürən və cəmiyyətin
himayə və itaət etmək funksiyasını xatırladılan
təşkilatla təmin edən bu təşkilat və məmurlar
hökumət adlanır.
Hər hansı bir cəmiyyətdə mövcud olan, davamlı
olmaq istəyən və həmin cəmiyyətin üzvlərinin
bağlılıq amili olan müştərək hədəflərə nail olmaq
istəyən bir dövlət inkaredilməz bir zərurətdir.
Hətta, icbari dövlətin süqutunu istəyən anarxiya
məktəbinin ardıcılları bir növ hakimiyyəti qəbul
edir və camaatın özünün ikrah və məcburiyyət
olmadan onu formalaşdırmasını tələb edirlər.
1. Quled Culyus və Kuleb, Vilyam.L, “Fərhənge ulume ectemai.”
2. Onun latınca qarşılığı “Government”dir.