Page 221 - Pure Life 09
P. 221

Siyasət Elminə bir Baxış/ 249


                      O  cümlədən,  belə  yazırlar:  “Dövlət”  termini
                  müəyyən  bir  məntəqədə  yaşayan  və  onların
                  arasından  seçilmiş  olan  çox  az  saydakı  fərdlərin
                  həmin qrupdan olan əhalinin fəaliyyətlərini real  və
                  ya  qrupa  məxsus  təxmini  mənafelər  və  zor  tətbiq
                  etməkdən       yardım      almaqla      kontrol     etmək
                  intizarında  olan  bir  əhali  qrupuna  işarə  edir.
                  Həmçinin,  dövlət  bir  ölkədə  yaşayan  qrupun
                  hakimiyyətindən ibarətdir.
                      Bu  tərifdə  “əhali”,  “ölkə”,  “hökumət”  və
                  “müstəqillik"dən  ibarət  olan  dörd  amil  digər  siyasi
                  təşkilatlardan  dövləti  ayırıb  fərqləndirmək  üçün
                  seçilmişdir.  Bu  amillər  dövləti  asılı  istismarçılıq,
                  katolik kilsəsi, Birləşmiş Millətlər Təşkilatı və arılar
                  cəmiyyətindən  fərqləndirmək  üçün  yetərlidir.”
                  Sosiologiyanın bəyanı ilə desək, dövlət siyasi tərkibə
                  (mürəkkəbliyə) malik olan millətin iradəsini ümumi
                  mənafe əsasında formalaşdıran bir təşkilatdır.
                     Bu tərif belə bir düşüncəni formalaşdırır:
                      Birincisi,  dövlətin  zor  tətbiq  etmə  qüdrəti  bir
                  növ  millətin  iradəsi  ilə  bağlıdır.  İkincisi,  millətin
                  bir  qayda  olaraq  müştərək  mənafe  və  hədəfləri
                  vardır.  Kuleb  və  Vilsonun  nəzərində  dövlətlə
                  cəmiyyəti  fərqləndirməklə  bağlı  onların  belə
                  söylədiyini  qeyd  etmək  olar:  “Dövlət  cəmiyyətin
                  hamısı deyil, onun bir hissəsidir.”
   216   217   218   219   220   221   222   223   224   225   226