Page 244 - Pure Life 09
P. 244

226  / ( PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)

                     Buna  əsaslanaraq  ilahi  elm  mənbəyindən
                  yararlanan ənbiyalar, ilahi övliya və din alimləri fərd
                  və  cəmiyyətin  məsləhətindən  agah  olmaqla  onları
                  dünya və axirət xeyir və səadətinə tərəf yönəldirlər.
                      Əlbəttə,  imam  Xomeyninin  üç  növ  siyasətin
                  adını  çəkməsini  və  şeytani  və  heyvani  siyasəti
                  islami siyasətin müqabilində qeyd etməsini nəzərə
                  almaqla  siyasətlə  bağlı  xatırladılan  tərifi  islami
                  siyasətin  tərifi  saymaq  və  onun  bu  növdən  olan
                                                                          1
                  siyasəti eynilə din hesab etməsini söyləmək olar.
                  Siyasətin xüsusi tərifi

                  Xüsusi        məfhuma         malik      olan       siyasət
                  aşağıdakılardan ibarətdir:
                         “İctimai  təkamülü  həyata  keçirən  hədəflərə
                         nail  olmaq  üçün  rabitələrlə  bağlı  olan
                         məsələlər  məcmusunun  nəzəri  və  praktiki
                         baxımdan idarə və himayə edilməsi.”
                      Siyasətin bu tərifi onun ümumi mənasının əsas
                  strukruru ünvanındakı tərifin kənarında mədəniyyət
                  və  iqtisadiyyat  adlı  iki  böyük  strukturla  yanaşı
                  işləndiyi zaman istifadə olunur.
                      Bu minvalla, xüsusi məfhuma malik siyasət daha çox
                  rabitə  rolunu  oynayan  və  digər  məsələlərlə  əlaqə  və
                  bağlılıq zəminəsi yaradan məsələlərə şamil olur və “siyasi
                  nəzəriyyələr”,  “qanun  və  müqərrəratlar”,  “təşkilatlar”,
                  “qurumlar” və “metodlar” qəlibində özünü göstərir.



                  1. Müraciət edin: “Səhifeye nur”, c.13, səh. 217-218.
   239   240   241   242   243   244   245   246   247   248   249