Page 151 - Pure Life 11
P. 151
/
(
150 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Bəs seriyalın sonunda nə olur? Məlumdur ki, seriyal
ketdiyi müddətdə stress hissləri, əsəb hissləri və sair başqa
mənfi hisslərlə seriyal başa çatır, amma bu insan hələ o
təsirin altından çıxa bilmir. Psixoloqların dediklərinə
əsasən seriyalların ən zərərli anlarından biri insanda “əsəb
sistemlərinin” pozulmasıdır.
Əlbəttə bu məsələnin fərdi hissəsidir. İctimai hissəsi isə
ailəyə böyük zərbə vurur. Bir cümlədə qeyd edim özünüz
nəticə alın. Bir seriyalda ki, sevişmə fraqmentlərinə ata bir
kresloda, ana o birisi kresloda, oğul-qız isə divanda oturub
bir yerdə baxırlarsa nəticə almaq elə də çətin olmur.
Aslılıq və İnternet
İnternetdən mənfi istifadə edən insanlarda yaranmış ən
böyük və ən təsirli xəstəliklərdən biri də “aslılıq”
xəstəliyidir.
Uorçesters Universitetinin tədqiqatçıları “internet
asılılığı pozğunluğu” olan gənclərin beynini tədqiq
ediblər.
Bunun nəticəsində emosiyaya, diqqətli olma və qərar
qəbul etmə prosesinə cavabdeh olan sinir uclarını
birləşdirən lifin – ağ maddənin zədələnməsi aşkar edilib.
Belə ki, internet qarşısında əyləşən şəxs saatlarının
necə gəlib keçdiyini hiss belə etmir. Və bunsuz bir günün
deyil bir neçə saatının keçməsinə belə razı deyil. Halbuki
həyatda ona həyatı, həyatın gözəlliklərini, sağlamlıq
nemətini və bir çox saya gəlməyəcək nemətləri verən
Allahına və onun üçün gecəsini gündüzünə qatmış ata-
anasına belə o vaxtı xərcləmir. Yaxud da o vaxtın heç
yarısını belə internetin geniş qabiliyyətindən istifadə edib
elmi, dini və.s tədqiqatlara xərcləmir.