Page 152 - Pure Life 11
P. 152
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /151
Bəzən şəbəkələrdə iştirak ailə zorakılığının bir elementi
də ola bilər: “Mərkəzə bəzən kişilər müraciət edərək
bildiriblər ki, həyat yoldaşı ona xəyanət edib.
Söhbət edərkən məlum olur ki, xanım hansısa sosial
şəbəkədə olub, köhnə dostları, sinif yoldaşları ilə danışıb.
Evin kişisi bunu virtual xəyanət sayıb. Həyat yoldaşının
internetdə kiminləsə yazışmasını xəyanətə bir addım qəbul
edib. Bəzən isə əksinə olur. Xanımlar köhnə dostları ilə
sosial şəbəkələrdə yazışan həyat yoldaşlarının hərəkətini
xəyanət kimi qəbul edirlər.
Bütün bunlar əvvəlcə xırda münaqişəyə, sonra isə
boşanmaya səbəb olur. Maraqlıdır ki, müraciət edənlərin
arasında evdar qadınlar deyil, ali təhsilli şəxslər də var.
Bir həkim qadın deyir onun həyat yoldaşıb kütləvi
informasiya vasitələrinin birində çalışır. O, həyat
yoldaşına çoxlu məktublar yazıldığını görüb bunu düzgün
qəbul etməyib, son nəticədə də onlar boşandılar.
Son vaxtlar gənclərin arasında sosial şəbəkələrdə çərçivələrə
əməl etməmək, özlərini apara bilməmək tendensiyaları artıb.
Bəzən mədəniyyətsizlik, hətta tərbiyəsizlik belə edirlər. Bu,
xoşagəlməz hallara gətirib çıxarır.
Çıxış Yolları və Fürsətləri Dəyərləndirmə Metodları
Problemlərdən çıxış yolu kimi təbliğatı gücləndirmək
lazımdır: “Hər bir insan bilməlidir ki, sosial şəbəkədən
istəyi nədir. Bu, narkotik kimi bir şeydir. Bəzən insan bu
saytlara o dərəcə bağlanır ki, bir gün bu sayta girməsə
özünü çox narahat hiss edir.
İnsanları öyrətmək lazımdır ki, sosial şəbəkələrlə necə
davranmaq lazımdır. Hər bir insan bilməlidir ki, internetdə
nə qədər oturmalıdır. Şəbəkələrin müsbət və mənfi
tərəfləri tam açıqlanmalıdır. Əgər bu, ailədə problem
yaradırsa, buna əvvəlcədən fikir vermək lazımdır.