Page 153 - Pure Life 11
P. 153
/
(
152 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Əgər həyat yoldaşı internetdə gündən-günə daha çox
vaxt keçirirsə, deməli, bu, artıq qadın və kişi üçün bir
şüuraltı zəng olmalıdır.
Buna qarşı mübarizə aparmaq, tez-tez qonaq getmək,
ünsiyyəti artırmaq, havaya çıxmaq lazımdır. Hələlik sosial
şəbəkələrdə çox vaxt keçirmə kütləvi təhlükəyə
çevrilməyib. Sosial şəbəkələrdə oturmaqdansa, tanışlıq və
porno saytlarda oturmaq daha çox ailələrin dağılmasına
səbəb olur. Sosial şəbəkənin əsas məqsədi ünsiyyət və
dostluq qurmaqdır. Amma bizdə bu şəbəkələrdən düzgün
istifadə olunmur”. Sosial şəbəkələrin yaratdığı problemlər
üzündən psixoloqlara müraciət edən şəxslərin sayı
həddindən artıq çoxdur.
Sosial şəbəkələr cəmiyyətdə ünsiyyət yaratmaq
tələbindən yaranıb: “Şəhərlərdə daş evlərin içində oturub
bir-birimizlə ünsiyyət qurmuruq. Sosial şəbəkələr imkan
verdi ki, insanlar sərhədsiz, kimlə istəyir ünsiyyət qursun.
Belə hesab etmək olmaz ki, sosial şəbəkələr birbaşa
boşanmaların sayına təsir göstərir. Sadəcə ailə üzvlərindən
biri sosial şəbəkədə kiminləsə ünsiyyət qurmuş həyat
yoldaşını qısqana bilər.
Amma bir şeyi başa düşməliyik ki, cütlükdə əks tərəf
ünsiyyət axtarırsa, deməli, problem onun özündə deyil,
əks tərəfdədir. Həmin şəxs qarşı tərəfə lazım olan
ünsiyyəti verə bilmir ki, o da bunu kənarda, tanış olmayan
insanda axtarır”.
A.İsazadənin sözlərinə görə, sosial şəbəkələrin
yaratdığı problemlər üzündən psixoloqlara müraciət edən
şəxslərin sayı həddindən artıq çoxdur: “Bunların arasında
hətta boşanmaya gətirən hallar da var. Şəbəkə sadəcə
vəsait kimidir. Ailənin içində problem olur ki, kişi və ya
qadın axşamlar internetdə yazışır. Amma internetdə cins
yoxdur.