Page 157 - Pure Life 11
P. 157

(

                   /
               156  PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
               şəxsi gigiyenaya qarşı etinasızlıq, yuxusuzluq kimi fiziki
               fəsadlar da yaradır.
                  Sosial  şəbəkələr  insanların  həyatında  öz  mövqeyini
               dərinləşdirdikcə  insanlar  real  ünsiyyətdən  uzaqlaşırlar  və
               sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar. Səmimiyyət
               isə  daha  da  zəifləyir.  Amma  bunda  tam  olaraq  sosial
               şəbəkələri də günahlandırmaq düzgün olmazdı.
                  Axı bu sosial şəbəkələrin xeyir də var. Bir-birindən uzaqda
               yaşayan  insanlar  da  əlaqə  yarada  bilir.  Sosial  şəbəkələr,
               əksinə, neçə-neçə insanları ünsiyyətə cəlb edə bilir.
                  Sosial  şəbəkələrdən  tamamilə  imtina  etmək  də  doğru
               olmazdı.  Bütövlükdə  bu,  zamanın  tələbidir  və  bunu  heç
               vaxt  ləğv  edə  bilmərik.  Amma  onu  demək  önəmlidir  ki,
               həddən artıq vaxt aparır. Ümumiyyətlə, sosial şəbəkələrdə
               maksimum  bir,  ya  iki  saat  oturmaq  olar.  Ondan  artıq
               oturmaq düzgün deyil.
                  Şəbəkələrin  ailələrdə  münaqişə  yaratması  halları  da
               artıb.  Ailələrdə  xəyanət  hallarının  artmasında  da  sosial
               şəbəkələrin  rolu  böyükdür.  Bəzən  də  sosial  şəbəkələrdə
               qurulan     ünsiyyət    xəyanət     kimi    dəyərləndirilərək
               boşanmalara səbəb olur.
                  Ancaq  sosial  şəbəkələr  tənha  insanların  həyatında
               danılmaz müsbət rolu oynayır. Bəzən şəbəkələrdə qurulan
               münasibətlər  bu  insanların  tənhalığına  son  qoyur  və  ya
               onlar  ünsiyyətə  girdikləri  üçün  özlərini  psixoloji
               baxımdan  rahat  hiss  edirlər.  Ona  görə  də  bu
               şəbəkələrilazımsız  kimi  dəyərləndirmək  olmaz.  Sadəcə
               məsələyə  daha  açıq  gözlə  və  çərçivədən  çıxmamaq  şərti
               ilə yanaşmaq lazımdır .
                  Bu  gün  çoxları  ”Facebook"dan  necə  istifadə  etməyi
               bilmir.  Sosial  şəbəkədən  çat  kimi  istifadə  edənlərin  sayı
               daha  çoxdur.  İnkişaf  etmiş  ölkələrə  isə  sosial  şəbəkələr
               müzakirə, diskussiya yeridir.
   152   153   154   155   156   157   158   159   160   161   162