Page 114 - Islamic Studies 02
P. 114

112) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Bəli,  pak fitrətə malik  insanlar Allahın nişanələrini gördükdə,
               və  ya  Quran  ayələrini  tilavət  etdikdə,    onların  təsirindən
               riqqətə  gəlirlər.  İmanlı  insanlar  ilahi  nişanələr  qarşısında
               həyəcanlanırlar.  Qulağa çatan bu xoş nəvaziş möminin ruhunu
               sakitləşdirir. Xüşu da belədir.  Bir növ özünü itirməkdir. Allah
               qarşısında  özünü  sındırmaq  ləzzət  vericidir.    Necə  olsa  da
               insan Onun əzəmət və iradəsi qarşısında acizdir.  Bizim əldə

               etdiyimiz  hər  bir  elm,    istedad,    Onun  sonsuz  qüdrətinin
               nişanəsidir.  “ Allah özünü aşağı tutanları ucaldır. ”    1
               Allah  qarşısında  sınıb,  göz  yaşlarını  axıdan  insanxüsusi  bir
               ləzzət  duyur  və  daim  bu  haqda  qalmaq  istəyir.    İlahi  eşqin
               insanda təcəllisi burada baş verir.  2.
               İnsan özünü məhbubu qarşısında daim həqir hiss edir.  Mömin
               üçün  Allahdan gözəl məhbub tammaqsa qeyri- mümkündür.
               İnsanın  ən  gözəl  vaxtlarından  tutmuş,    ən  zəif  vaxtlarında
               həmişə ona pənah vermiş,  onu öz rəhmət qanadlarına almışdır.
               Hər zaman onunla olan,  onun bütün sirlərindən xəbərdar olan
               yeganə sadiq dost Allahdır.  Mehriban rəhmət nəzərləri daim
               üzərimizdədir.    Belə  bir  varlığı  sevməmək  ağılsızlıqdır  və
               qeyri mümkündür.  Allah bizləri onu həqiqi sevənlərdən qərar
               versin və həmişə yalnız Ona itaət etməyi nəsib etsin.
                İnsan öz vücudunu daim Allahın əzəməti ilə müqayisə etdikdə
               istər istəməz xüşu halını alir,  mütiləşir.  Əgər naamzın merac
               qüvvəsinə  malik  olması  üçün  xüşu  halının  başlıca  şərt
               olduğunu bilsəydik,   həqiqətə çatmaq üçün bu sifəti özümüzdə
               yaratmağa çalışardıq.  Xüşu halı bizə xof və xəşiyyətlə birlikdə
               bizim yol yoldaşımız ola bilər.  Qorxu və ümid Allahın heybəti
               qarşısında  yaranan  hisslərdir.    Biri  bizi  Allahın  heybətindən
               qorxutduğu halda,  digəri bizi Allahın rəhməti ilə ümidləndirir.
                Dedik  ki  Allahın  heybəti  qarşısımda  yaranan  hiss  “xof”
               adlanır.  Əslində xof hissi və xüşu əzəmət müqabilində yaranır,

               1 - Misbah / Allaha doğru, 81
   109   110   111   112   113   114   115   116   117   118   119