Page 115 - Islamic Studies 02
P. 115
Həqiqət və onu tanıma yolları/ (113
əzab qorxusundan deyil. Ola bilər ki bəzi insanlar ilahi əzabın
qorxusundan xüşu etsinlər (itaət etsinlər) Bu özlüyündə həqiqi
xüşu deyil. Həşr surəsinin iyirmi birinci ayəsində oxuyuruq:
“ Əgər Quran bir dağa nazil edilsəydi, onun Allahın
qorxusundan xüşu edib parça-parça olduğunu görərdin”.
Məsələ budur ki, dağ günah etmir və bu halda onun qorxusu
olmamalıdır. Əzab günahın qarşılığında olur və günahkar öz
aqibəti üçün qorxur. Əslində burada qorxudan məqsəd
xəşiyyətdir. Belə aydınlıq gətirək; İnsan bilir ki, ona Allah
tərəfindən heç bir zərər toxunulmayacaq. Əmin olduğumuz
əzəmət qarşısında özümüzü itirmə hissi qorxu yox,
xəşiyyətdir. İnsan günah etdiyi əmələ görə onda qorxu hissi
yaranır. Ancaq mömin günah əhli olmadığından qorxu hissi
xəşiyyətlə əvəz olunur. Xəşiyyət əzabdan doğan qorxu ilə ilahi
əzəmətin dərk olunmasından doğan qorxunun cəmidir. Hz
Fatimə (s) namaz zamanı yarpaq tək əsər, İmam Həsən (ə) isə
dəstəmaz alarkən titrəyərmiş. Allah-təala bu səhnələrə işarə ilə
mələklərə buyurmuşdur:
“Baxın mənim xəşyətimdən titrəyən bədənlərimə! Şahid olun
1
ki, onların dostlarına şəfaət verəcəyəm. ”
Ümid və Qorxu əlaqəsi
İnsanın ixtiyari olaraq bir işi yerinə yetirib, o birindən
çəkinməsi üçün ümid və qorxuya ehtiyacı vardır. İnsanı ümid
yaşadır. Qəlbimizdəki ümid və qorxu bizim düşüncə və
ağlımızla əlaqədardır. Yaşlı insanlar xəstəlikdən,
kasıbçılıqdan qorxduğu halda, gənc nəsillər cgələcəkdə güclü
və varlı olmağa ümid edirlər. Mərifətli, düşüncəli insanlar isə
mənəviyyat məsələlərinə xüsusi fikir verir, ağıl və imanı
1 - Biharul- ənvar, cild. 28