Page 116 - Islamic Studies 02
P. 116

114) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               itirməkdən  qorxurlar.  Başqa  sözlə  ifadə  etsək,   mömin  insan
               üçün  mənəviyyatını  əldən  verib,    Allahın  qəzəbinə  düçar
                                                                      1
               olmaq,  onu gözündən düşmək daha qorxuludur.
               İmanın  müxtəlif  dərəcələrində  insanın  ümid  və  qorxusu  da
               müxtəlif olur.  İmanın birinci dərəcəsində cəhənnəm əzabından
               qorxulduğu  halda,   ən  yuxarı  mərtəbəsində  Allahın  razılığını
               itirməkdən xoflanılır.  Həqiqətən ümid və qorxu təkcə dünya

               həyatı  üçün  deyildir.  Həqiqət  axtarışında  olan  insan  əbədi
               axirət  həyatını  unutmamalıdır.      Bu  insanlığa  tərəf  hərəkətin
               amilidir.    Allahın  razılığını  qazanmaq  istəyən  şəxs,    çirkin
               əməllərdən  həya  edib  çəkinməlidir.  Çox  vaxt  bəndə  Allahın
               mərhəmətinə ümid edib,  böyük günahlara bata bilər. Bu tez-
               tez baş verən hadisələrdəndir.  Belə ümid saxtalıq nişanəsidir.
               Ancaq  yenə  də  Allah  insanı  onun  hansısa  əməlinə  görə
               bağışlayır.
                 İnsan  Allahdan  elə  bir  həddə  qorxmalıdır  ki,    onu
               günahlardan  çəkindirə  bilsin.    Ümid  qorxudan  çox  olarsa,
               insan günaha düşər.  Qorxu ümiddən çox olarsa,  bu dəfə də
               insan bədbinlik hissinə qapılar.    2
               Deməli,  itaətkarlıq və bəndəlik hissi pak nəfsli insanın bütün
               vücudunu bürüyür.  Məsum İmamlar (ə) və Peyğəmbərimiz (s)
               Allahın  cəlal  sifətlərini  düşünəndə  qorxar,    cəmal  sifətlərini
               düşünəndə isə ümidvar olardılar.
               “ Bilin ki Allah dostları üçün heç bir qorxu yoxdur və onlar
               kədərlənməzlər”    3
               Biz də onları örnək götürüb,  yollarını davam etdirəriksə tez
               bir zamanda öz istəyimizə çata bilərik.





               1 - Misbah Yəzdi,   İmam Sadiqin nəsihətləri,  səh 87
               2 - Həmin,  səh 90
               3 - Yunis / 62
   111   112   113   114   115   116   117   118   119   120   121