Page 20 - Islamic Studies 02
P. 20
18) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
irəliləyiş hesab olunsa da, bu mərhələdə büdrəmək böyük
təhlükələrə səbəb ola bilər. Şeytan böyük düşməndir. Şeytanın
məqsədi insanı doğru yoldan azdırmaqdır. Təkamül yoluna
qədəm qoymamış insan azğın olduğundan şeytan belələrindən
uzaqdır. Şeytan üçün kamilləşmək istəyən insan maraqlıdır.
İnsan təkamül yolunda irəlilədikcə şeytan da öz səylərini
artırır. Doğru din və doğru məktəb seçməklə əsl təkamül
yolunu tutmuş insanla şeytan qatı düşməndir. Şeytan belə bir
insana qarşı bütün qüvvələrini səfərbər etdiyi tək, insan da
onunla mübarizədə səfərbər olmalıdır. Əsl çətinliklər qabaqda
olduğundan bir addım qabağa getmiş insan arxayınlaşaraq
ehtiyatı əldən verməməlidir. Şeytanın son nəfəsədək ondan əl
çəkməyəcəyini bilən insan aqibətindən qorxmalıdır.
İmam Sadiq (ə.s) buyurur: “Ey Əbdullah, şeytan bu aldadıcı
dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə
salmaqdan başqa məqsədi yoxdur”. Əbdullah İmamın (ə.s)
xüsusi dostlarından olduğu üçün imam mətləbləri geniş şərh
etmir.
Sosial bərabərsizliyin fəlsəfəsi; nə üçün insanların bir qismi
dövlətli, digər bir qismi isə kasıbdır ? Əvvəla var-dövlətin
çoxluğu Allahla dostluq yox, imtahan əlamətidir: “Bilin ki,
1
var-dövlət və övlad sizin üçün yalnız bir imtahandır”.
Dilimizə sınaq mənasında tərcümə olunmuş sözə Quranda
“fitnə” kimi işarə olunub. Ayələrdə var-dövlət fitnə, başqa
sözlə, sınaq kimi tanıtdırılır. İnsan var-dövlət qazanıb onu sərf
edərkən ilahi göstərişlərə əməl edə biləcəkmi ? Bir halda ki,
dünya imtahandır, ona vurulmağa dəyərmi?! Əlbəttə ki, dünya
son məqsəd olsaydı onun haqqında düşünməyə dəyərdi. Bir
halda ki, dünyanın ömrü imtahan bitənədəkdir, ona könül
verməyə də dəyməz. Dünya, üzərində suallar yazılmış imtahan
1Ənfal, 28.