Page 22 - Islamic Studies 02
P. 22

20) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               böhtanlara elə inandırıblar ki, min dəfə and içsək də əhəmiyyət
               verən olmaz.
                    Yaxşı, belə bir şəraitdə yaşayan insan Əhli-beyt vilayətini
               qəbul  etmirsə  o,  behiştə  gedə  bilərmi  ?  Axı  rəvayətlərdə
               buyurulub  ki,  Əhli-beyt  vilayətini  qəbul  etməyənlər
               cəhənnəmə gedəsidir. Cəmiyyətin aşıladığı düşüncə tərzindən
               qeyri  bir  düşüncə  tərzinə  əli  çatmayan,  həqiqəti  dərk  etmək

               gücündə  olmayan  insanlar  İslamda  “müstəzəf”  adlanır.
               Müstəzəf düşüncə zəifliyinə məhkum insandır. Onun inamı və
               əməlləri  düşüncəsinin  zəifliyi  qədər  üzürlüdür.  Bu  insanlara
               əqli və nəqli yolla həqiqətlər sübut olduqca üzr aradan qalxır.
               İnsan  həqiqəti  anladığı  dərəcədə  də  məsuliyyət  daşıyır.  Bəli,
               insanın  səadəti  onun  son  nəfəsədək  qorunmuş  imanından
               asılıdır.  İman  isə  yalnız  o  vaxt  son  nəfəsə  qədər  qorunur  ki,
               insan  daim  ona  nəzarətçi  olsun.  Əks  təqdirdə  iman  elə  asta-
               asta zəifləyir ki, insan nə vaxt kafir olduğunu hiss etmir. Hansı
               ki,  ardıcıl  şəkildə  diqqət  etsəydi  qəlbindəki  şəkk-şübhələrə
               cavab  tapıb  imanını  qoruyardı.Yaxşı,  bəs  düzgün  etiqadlı
               insanlar  günaha  yol  verdikdə  onlarla  necə  rəftar  edək  ?  Axı
               bütün insanlar məsum ola bilməz. Sözsüz ki, açıq-aşkar günah
               edən  insanlarla  yaxınlıq  etmək  olmaz.  Çirkin  sifətlərə  malik
               insanla  dostluq  nəticəsində,  insan  bu  çirkin  sifətlərə  yoluxa
               bilər. Amma onun haqqında pis danışmaq olmaz. Əksinə, ona
               ürək  yandırıb  tərbiyələnməsinə  çalışmaq  lazımdır.  Onun
               günahdan  uzaqlaşıb  tövbə  etməsi  üçün  dua  etməyimiz  yaxşı
               olar.Demək,  imanını  qoruyan  insan  əvvəl-axır  behiştə  gedər.
               Əlbəttə ki, günahlarının cəzasını aldıqdan sonra!
                “Kim zərrə qədər yaxşı iş görmüşsə bu işin xeyrini, kim zərrə
                                                                        1
               qədər pis iş görmüşsə bu işin zərərini görəcəkdir”.
                  Bütün işlər nəzərə alınacaqdır. Əhli-beytin şəfaətinə o qədər
               ehtiyaclıyıq  ki,  bu  şəfaətə  çatmaq  ləyaqətini  itirməmək  üçün

               1Zilzal, 7/8.
   17   18   19   20   21   22   23   24   25   26   27