Page 21 - Islamic Studies 02
P. 21

Modern cahiliyyət ilə mübarizə metodları/ (19


               vərəqi  kimidir.  Bu  kağızın  gözəl  olub-olmamasının  əsl
               məqsədə  heç  bir  dəxli  yoxdur.  Əsl  məqsəd  suallara  düzgün
               cavab yazmaqdır.
                 Yuxarıda qeyd olunan bərabərsizliyin ikinci səbəbi budur ki,
               dünya  nemətləri  Allah  nəzərində  biz  düşünmədiyimiz  kimi
               dəyərli  deyil.  Qurani-kərimin  bir  çox  ayələrində  dünya
               nemətləri  axirət  ne᾽mətləri  ilə  müqayisə  olunur  və  təbii  ki,
               axirət  nemətlərinə  üstünlük  verilir.  “Axirət  ruzisi  daha
               xeyirlidir”  buyurulur.  İnsana  dünya  nemətlərinə  uymayıb
               axirət  nemətləri  haqqında  düşünmək  tapşırılır.  Bəli,  əsl ruzi
               olan, yəni “Allah ruzisi” adlandırılan əbədi axirət nemətlərinin
               ardınca getməyə dəyər.
                 Düşüncə zəifliyi; əgər insan elə bir ictimai mühitdə yaşayırsa
               ki,  bu  mühit  İslam  həqiqətlərinin  dərk  olunmasında  bir
               maneədir,  bu  insanın  aqibəti  necə  olacaq  ?  Diqqət  etsək
               görərik  ki,  yer  üzündə  əksər  insanlar  üçün  ictimai  maneələr
               mövcuddur. İslam  və  Əhli-beyt  həqiqətlərinin  təbliğ
               olunduğu  cəmiyyətdə  yaşayanlar  uca  Allaha  şükr  etməli  və
               həqiqi iman qazanmaq üçün səy göstərməlidir. İslam və Əhli-
               beytdən  (ə.s  uzaq  ideyaların  təbliğ  olunduğu  cəmiyyətlərdə
               əksər  insanların  heç  ağlına  da  gəlmir  ki,  əsl  həqiqət  tamam
               başqa  yerdədir.  Həmin  cəmiyyətlərdə  nəinki  həqiqət  təbliğ
               olunmur, üstəlik İslam və Əhli-beyt yoluna qaralar yaxılır. Bir
               çox ölkələrdə şiələr müşrik kimi təqdim edilir, onların hansısa
               xüsusi  bir  Qurana  etiqad  etdikləri  bildirilir.  Hətta  bəzi
               ölkələrdə  belə  uydurma  rəvayətlər  danışılır  ki,  guya  şiələr
               Cəbrail  mələyin  xəyanət  edib  imam  Əliyə  (ə.s)  göndərilən
               vəhyi  həzrət  Məhəmmədə  (s)  gətirməsini  iddia  edirlər. Guya
               şiələr namazı bitirdikdən sonra üç dəfə “Əllahu əkbər” əvəzinə
               üç  dəfə  “Cəbrayıl  xəyanətkardır”  deyirlər.  İnsanları  bu
   16   17   18   19   20   21   22   23   24   25   26