Page 24 - Islamic Studies 02
P. 24
22) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
oxuyub onun zahiri mənasına əməl etmək düzgün deyil.
Bəziləri rəvayətin zahiri mənası xoşa gəldiyi üçün ona istinad
edirlər. Məsələn, onlar bir rəvayət oxumaqla belə qənaətə
gəlirlər ki, əsl şiə xaqldan uzaqlaşıb fərdi ibadətlə məşğul
olmalıdır. Guya şiə o şəxsdir ki, çölə-bayıra çox çıxmasın,
çıxanda da əbasını başına çəkib kimsə ilə kəlmə kəsməsin. Söz
yox ki, son dövrlər möminlərdə ictimai fəallıq müşahidə edilir.
Unutmaq olmaz ki, hansısa müstəhəb, əxlaqi bir göstəriş vacib
vəzifənin qarşısını ala bilməz. Xüsusi şəraitə malik olan əxlaqi
göstərişlər heç vəchlə vacib ictimai vəzifələri öhdədən
götürmür. Dərviş təxəyyüllü bəzi insanlar bir rəvayət
eşitməklə cəmiyyətdən uzaqlaşıb, ünsiyyətdən qaçırlar. Bəs
İslamdakı ictimai vəzifələr kimə aiddir və bu vəzifələrə nə
vaxt əməl olunmalıdır ?!
Amma başqa bir qrup müsəlmanlar ictimai vəzifələrə maraq
göstərib ibadət və özünütərbiyə məsələlərini ikinci plana
keçirirlər. Onlar elə düşünürlər ki, ictimai fəaliyyətlə məşğul
olan insanın müstəhəb ibadətlərə ehtiyacı yoxdur və ibadət
qocaların, imkansızların işidir. Guya Quran oxuyan, dua və
zikrə məşğul olanlar başqa bir iş bacarmadıqlarından ibadət
edirlər. İctimai iş bəhanəsi ilə ibadətdən uzaqlaşmaq böyük
səhvdir. İbadət və özünütərbiyəyə hamı ehtiyaclıdır. Əlbəttə
ki, şərait və ehtiyaclar müxtəlifdir, amma ictimai iş ibadəti
əvəz edə bilməz. İctimai işdə məqsəd Allahla yaxınlıqdır.
İbadətə diqqətsiz insanın ictimai fəaliyyətinin mahiyyəti də
dəyişir. Əgər həm ibadət, həm də ictimai işdə məqsəd Allaha
yaxınlaşmaqdırsa, nə üçün bu işlərdən yalnız birinə üstünlük
verilməlidir ?! Cəmiyyətə xidmət etmək savab olsa da, Quran
oxumağın da öz savabı vardır. Vacib ictimai vəzifənin savabı
Quran oxumağın savabından çox olsa da, ibadətə olan ehtiyac
ödənməz. Möminlik ruhunu daim qorumaq üçün müstəhəb