Page 23 - Islamic Studies 02
P. 23

Modern cahiliyyət ilə mübarizə metodları/ (21


               günahdan  qorunmalıyıq.  İmam  Sadiq  (ə.s)  ömrünün  son
               anlarında  belə  buyurdu:  “Namazı  yüngül  sayan  bizim
                                                 1
               şəfaətimizə      nail    olmaz”.      Tövbə      insanın     günahını
               bağışlatdırdığı  kimi,  bəzi  pisliklər  də  insanı  şəfaət
               ləyaqətindən məhrum edir.
                 Ağıl  insanı  qarşıdakı  çətinlikləri  aradan  qaldırmağa  çağırır.
               Adi məişət problemlərinin həllinə xeyli vaxt ayırıb əbədi həyat
               səadətinin  təmini  üçün  tədbir  görməmək  ağıla  uyğun  deyil.
               Dünya  ləzzətləri  ardınca  qaçan  insan  qarşıdakı  müdhiş
               təhlükənin nə qədər əhəmiyyətli olduğunu anlamır. Rəvayətdə
               deyilir  ki,  boynum  zəncirlənib  azad  olmaq  istəyirəm.  Amma
               boynumdakı  ağır  yük  imkan  vermir;  nəzarətçilər  məni
               bədbəxtliyə sürükləyir. Bəli, batdığımız günahlar boynumuzda
               yük olub. Bu yükdən azad olmağa çalışmayanın cəhdi, qəm-
               qüssəsi  yanlış  istiqamətə  yönəlib.  Hədis:  “Sübh  əzabdan
               qurtulmaq  fikri  ilə  oyanmayan  şəxs  mühüm  bir  məsələni
               yüngül  sayıb.  Böyük  bilməli  olduğunu  kiçik  bilib.  Allahdan
               kiçik bir xeyir istəyib”.
                 Əbədi əzab haqqında düşünməyən insan şübhəsiz ki, dünya
               işlərini çək-çevir edəcək. Əbədi əzaba diqqət yönəltməyən kəs
               qurtuluş üçün tədbir də tökəsi deyil. Ağıl tələb edir ki, insan
               axirətə  inandığı  qədər  çalışmalıdır.  Çünki  dünya  çətinlikləri
               axirət çətinlikləri ilə müqayisədə çox əhəmiyyətsizdir. Axirət
               əzabını düşünən insana dünya ağrıları çox asan gəlir. Əlbəttə
               ki, imanı güclü olan bəndələr bu işdə daha çox səy göstərərlər.
                 Maraqlıdır  ki,  İmamın  yuxarıdakı  buyruqları  hansı  şəraitə
               uyğundur?  Məsum  imamların  buyruqlarını  anlamaq  üçün
               diqqət  və  ali  dini  anlayışa  (ictihad)  ehtiyac  vardır.  Rəvayəti



               1Biharul-ənvar, c. 82, səh. 235.
   18   19   20   21   22   23   24   25   26   27   28