Page 26 - Islamic Studies 02
P. 26
24) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Uca Allah əqlə, qulağa, dilə malik olub real gerçəkliklərin,
həqiqətlərin tanınmasında onlardan istifadə etməyən şəxsləri
heyvanlarla bir cərgədə, hətta onlardan da alçaq səviyyədə
təqdim edir. Çünki onlar öz əql qüvvələrindən istifadə
etmirlər.
“Allah çirkinliyi o kəslərə aid edər ki, əql qüvvəsini
işlətmirlər”. 1
İnsanın malik olduğu bütün yaxşılıqlar onun əqli tərəfindədir.
Əql vasitəsilə Allahı tanıyır, Ona ibadət edir, məadı qəbul edir
və onun üçün hazırlaşır, peyğəmbərlərin (ə.s) haqq olduğunu
qəbul edir və onlara itaət edir, gözəl əxlaqi səciyyələri tanıyıb,
özünü onlar əsasında tərbiyələndirir, çirkin xüsusiyyətləri,
rəzillikləri tanıyır və onlardan üzaq olur. Buna görə də Quran
və hədislərdə əql böyük məqama layiq görülür. Nümunə üçün:
Həzrəti İmam Musa ibni Cəfər (ə.s) buyurur: “Hər kəsin
mürüvvəti olmasa nuru yoxdur. Hər kəsin əqli olmasa
mürüvvəti yoxdur. İnsanların ən dəyərlisi o kəsdir ki, dünyanı
öz nəfsinin dəyəri bilməsin. Bilin ki, sizin bədənlərinizin
qiyməti cənnətdən başqa bir şey olmaz. Onu cənnətdən başqa
bir şey müqabilində satmayın”. 2
Həzrəti imam Cəfər Sadiq (ə.s) buyurur: “Əql möminin yol
göstərənidir”. 3
Yenə həzrət (ə.s) belə buyurur: “Əql o şeydir ki, onun
vasitəsilə Allaha ibadət edilir və behişt kəsb olunur”. 4
Həzrəti İmam Musa ibni Cəfər (ə.s.) buyurur: “Əql sahibləri
nəinki günahları, hətta dünyanın artıq işlərini belə tərk edirlər.
Halbuki dünyanı tərk etmək fəzilət, günahı tərk etmək isə
vacibdir”. 5
1Yunus, 100.
2Kafi, c.1, səh. 19.
3Kafi, c.1, səh. 25.
4Kafi, c. 1, səh. 11.
5Kafi, c.1, səh. 17.