Page 76 - Islamic Studies 02
P. 76
74) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Həmçinin hissi idrakın yuxarıda dediyimiz batini forması da
belədir.
İdrakın bu forması uşaqlarda və qadınlarda daha güclü olur.
Uşaqların bir dəfə görüb xoşladıqları şeyi yaddan çıxara
bilməmələrinin, qadınların emosional olmalarının və insanın
qorxulu hadisə ilə üzləşib illərlə unuda bilməməsinin bir
səbəbi xəyal ilə bağlıdır. İdrakın bu növündə də heyvanlar
insanla müştərəkdir.
Vəhmi idrak
İnsan obyektlərlə üzləşərkən hissi və xəyali idrakdan əlavə,
obyektlərin xarici görkəmləri onda üçüncü bir idrak əmələ
gətirir və buna "vəhmi" idrak deyilir. Məsələn: qorxunc,
vahiməli obyektlə üzləşərkən onun qorxusu vahimə qüvvəsi ilə
dərk olunur. Bunda da heyvan insanla müştərəkdir. Belə ki, bu
idrak, qarşı tərəfdə müşahidə edilən halın, şəxsin özündəki
buna uyğun hal ilə müqayisəsi nəticəsində meydana gəlir.
Heyvanın idrakı burada sona çatır, amma insanın yuxarıdakı
daxili qüvvələrinə başqa bir qüvvə də əlavə olunur ki, o da
"ağıl"dır. Yəni heyvan insanla əqli idrakdan başqa qalan üç
idrakda müştərəkdir.
Əqli idrak
Əvvəlcə bir misalla izah edək. Tutaq ki, eyvanda əyləşib
səmanı seyr edirsiniz. Elə bu zaman səmanın dərinliklərində
bir obyektin sizə tərəf gəldiyini müşahidə edirsiniz. Sizin
"müşahidə etdiyiniz halda gördüyünüz", həmin obyektin
zehninizdə canlanaraq hasil olan ( hüsuli ) görüntüsü "hissi"
idrak olur. Yəni bu hissi idrakın özü də hüsuli idrakın bir
forması olur. Müşahidə etdiyiniz obyekt səmada itdikdən sonra
onun zehninizdə qalan surəti "xəyali" idrak, yaxud bilik
adlanır. Xəyalınızda hasil olan müxtəlif şeylərin vasitəsilə