Page 98 - Islamic Studies 02
P. 98
96) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
çatdırılsın. Peyğəmbərlərin köməyi olmadan əbədi səadətə və
kamala çatmaq qeyri-mümkündür. Bir sıra əxlaqi dəyərlər
vəhy vasitəsi ilə bəyan olunub. Çünki ağıl tənha surətdə əxlaqi
məsələləri dəqiqliklə tənzim və həll edə bilmir.
Həqiqəti tanımaqda ruhun rolu
İnsanşünaslıq İlahi elmin və bəşəriyyətin ən mühüm
sahələrindən biridir. İnsana olan maraq və onun təhlili elmin
müxtəlif sahələrində o cümlədən, fəlsəfə, din, ürfan elmi,
əxlaq elmində və müxtəlif mövzuların yaranmasına səbəb
olmuşdur.
Bu elmlərin hər birinin araşdırmalarına əsasən insan mövzusu
müxtəlif maneələrlə qarşılaşmış və qane edici cavablar
alınmamışdır. Bu kimi məsələlərin həllini isə yalnız din
sahəsində görmək mümkündür. Bu sahədə araşdırılan insan
vücudu maneə və problemlərsiz bütün suallara tam cavab
verir. Diqqət cəlb edici nüans budur ki İlahi vəhyə əsaslanaraq
məsələni olduğu kimi həll və isbat etmək mümkündür. Biz də
insan vücudunu din sahəsində araşdırmağa qərar verdik (
məsləhət bildik) və bu yoldan həqiqətə yaxınlaşmağın
mümkün olduğunu anladıq.
Müqəddəs dinimizə əsasən insan yeganə varlıqdır ki həm ruh
və həm cismdən təşkil olunmuşdur. Başqa varlıqların dda
ruhu var. Amma bizim nəzərimizdə tutduğumuz ilahi və əbədi
ruhdur. Ruhun varlığı heç kim üçün inkaredilməzdir.
Ruhun varlığının sübutu
Dinimizə əsaslanaraq ruhun varlığını üç yolla isbat edə
bilərik:
-Əqli fəlsəfi yolla. Ruhun mücərrədliyinin sübutu ilahi fəlsəfi
dəlillər ilə mümkündür. Kuliyyatın dərki, sadiq yuxular,
ruhun çağırılması, təbii yuxuların varlığı v. s.