Page 99 - Islamic Studies 02
P. 99
Həqiqət və onu tanıma yolları/ (97
-Digər bir yol daxili və şühudi təcrübədir ki, insan çalışır bu
yolla öz “mən” liyini tapsın. Varlığını tanısın. Bu yol çox
zəhmətli yoldur və əsasən ürfan alimlərinin seçimidir. Ancaq
sadə bəşəriyyət də öz gücü, mənəviyyatı həddində müəyyən
mərhələyə çata bilər. Tovhid mərhələsi bu mərhələlərdən biri,
eyni zamanda ən vacibidir. Tovhid, Allaha inam, insanın
Allahın yeganəliyinə tam şəkildə yəqin əldə etməsidir. Necə
ki hədislərdə buyurulduğu kimi : “ Hər kəs özünü tanısa,
Allahını tanıyar. ” Başqa sözlə ifadə etsək, özünü tanıma
Allahı tanımanın müqəddiməsi hesab olunur. Burada ruhun
rolu çox böyükdür. Ruhun həqiqəti müşahidə etməklə ilahi
məqama yüksəlməsi mümkündür.
Ruhun əsəri
Ruhun isbatında istifadə olunan digər bir dəlil -ruhun əsəridir.
Bəzən insan yuxuda məchul olan bir məsələnin həllini tapır.
Oyanandan sonra bu əmrin həqiqətə çevrildiyinin şahidi olur (
həqiqətən də doğru olduğunu anlayır) və ya itmiş əşyanın
yerinin insana göstərilməsi və ya yuxuda hansısa ölmüş
insanla söhbət etmək, hətta normal həyatda belə bu kimi
hadisələrin baş verdiyinin şahidi oluruq. Allah evliyalarının
həyatları buna subut ola bilər. Bütün bunlar ruhun varlığının
ağılla isbatının məcmuəsidir.
Kamal varlığını tanımaq
İslam ideologiyası İslami baxışlara və əqidələrə əsaslanır. Bu
ideologiyanın təməl prinsipi üç hədəf üzərində qurulub:
1)Allahı tanıma
2) Məadı tanıma
3) Dünya və axirət əlaqəsini tanıma