Page 97 - Islamic Studies 02
P. 97
Həqiqət və onu tanıma yolları/ (95
acizdir. O, insanın hərəkətlərində baş verən təzadları tək
başına qarşılamaq gücünə malik deyildir. Nəticədə ağlın vəhyə
həmişə ehtiyacı vardır.
Qurana istinadən, elm və yəqinə çatmaq hər bir fərd üçün
mümkündür və o bu yolda addımlamaqdan ötrü tovhid,
nubuvvət və məadın nə olduğunu öyrənməlidir.
Məsum İmamlarımızın (ə) kəlamlarında yəqin hasil olunması
mömin üçün qaçılmaz haldır və düzgün və yəqinliyə çatmaq
əsas şərtlərdən biridir. Mömin şəxs heç vaxt şəkk-şübhəyə
əsaslanmamalıdır əksinə, yəqinə çatmaq üçün daim araşdırma
aparmalıdır.
Həqiqət axtarışı və onun meyarının təyini
Həqiqət axtarışı qədim məsələlərdən hesab olunur. Onun
mənşəyi iyirmi beş əsr öncəyə gedib çıxır. Qədim Yunanıstan
ərazisində bir dəstə mütəfəkkirlər bu məsələyə aydınlıq
gətirməyə çalışmışdırlar. “Sufista” lar adlı qrup belə qənaətə
gəlmişlər ki, insan heç vaxt həqiqəti hanıya bilməz və bu
əlçatılmazdır. Bir müddət sonra tarixdə “ şəkk edənlər və ya
Şəkkaklar” adlandırılan başqa bir dəstə ortaya çıxdı. Bu
günümüzdə də onların fikirlərini təsdiqləyən alimlərlə
rastlaşırıq. Şəkakklar belə düşünürdülər ki tanışlıq nisbi bir
haldır və həqiqət budur ki elm onu təsdiq edir. Qurani-Kərim
bu fikri qətiyyətlə rədd edir. (inkar edir) Ayələrdə şahid oluruq
ki Allah hansısa bir qövmün bəla və bədbəxtliyini bizə bəyan
edərkən onların şəkk və tərəddüddə olduqlarını çatdırır.
Bütün bunlar sübut edir ki, insanın yaradılış hədəfi o zaman
məna tapır ki, ağıl və hiss yolundan əlavə başqa bir yol onu
həqiqətin varlığına çatdırsın. Və bu yol yalnız vəhy yoludur.
Vəhyin zərurətinin məqsədi də məhz budur ki Allahın
qanunlarını öz seçdiyi peyğəmbər (s) vasitəsi ilə insanlara