Page 102 - Islamic Studies 02
P. 102
100) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
“ Məgər sizi dəyərsiz və qiymətsiz bir sudan
yaratmadıqmı?!Sonra onu sağlam bir yerdə qərar verdik.
Müəyyən bir müddətə qədər. Bizim bu işə qüdrətimiz vardır,
biz necə də yaxşı qüdrətliyik. Vay olsun o gün təkzib
edənlərə” 1
Digər ayədə buyurur:” Bütün yer üzündə olanları sizin üçün
2
xəlq etdi” , ” Ona doğru yolu göstərmişik; istər şükr edən
olsun, istərsə də nankor” 3
“ Məgər onlar özləri düşünmürlər ki, Allah göyləri və yeri,
onların arasında olanları haqq olaraq müəyyən bir vaxt üçün
4
yaratmışdır?
Beləcə, təfəkkür insanı pillə-pillə mərifətə çatdırıb, onu öz
insanı inancına doğru sövq edir.
5
Yaranış haqqında təfəkkür
İnsan yaranışı müəyyən bir hədəf üzərində qurulmuşdur.
Yaranışın hədəfi haqqında ayələr sübut edir ki yaranış
məqsədyönlüdür və insan bu haqda düşünməlidir:
“ Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və bizim
6
yanımıza qayıtmayacaqsınız? “
Nəticə alırıq ki yaranəş məqsədli olduğundan qiyamət sorğusu
da zəruridir.
“ Biz göyü, yeri və onların arasında olanları oyun oyuncaq
yaratmadıq; Əgər belə etmək istəsəydik, öz yanımızda
edərdik. Biz isə bunu edən deyilik” 7
1 - Mursəlat /20-24
2 - Bəqərə /29
3 - İnsan /3
4 - Rum/ 8
5 - Misbah yəzdi Allaha doğru, səh 87
6 - Muminun /115
7 - Ənbiya /16-17