Page 101 - Islamic Studies 02
P. 101

Həqiqət və onu tanıma yolları/ (99


               İlahi nemətlər haqqında təfəkkür
               Ayələrin  müəyyən  bir  qismiAllahın  nemətləri,               onların
               yaradılışı  haqqında  fikirləşməyi  tövsiyə  edir.    “  Onun
               nişanələrindən  biri  də  aramlığınız  üçün  sizə  özünüzdən
               zövcələr yaratmasıdır. O sizin aranızda dostluq və mərhəmət
               qərar  verdi.    Həqiqətən  bu  işdə  düşünən  qövm  üçün  böyük
                                  1
               ibrətlər vardır.  “
                  İnsanın yaradılışında onun tək qalıb iztirab çəkməməsi üçün
               Allah  on  a  həmdəm  yaratdı  ki  ömür  yolunda  onunla  birgə
               addımlayıb,    çətinliklərin  öhdəsindən  birgə  gəlsinlər.    Öz
               maddi və mənəvi ehtiyaclarını birgə ödəsinlər. Digər bir ayə:
                “ Sənin Rəbbin bal arısına ilham etdi ki,  dağlarda,  ağaclada,
               alaçıqlarda  özünə  yuva  sal,    bütün  məhsullardan  ye,    sonra
               boyun əyərək Rəbbinin yolu ilə get.
               Qarınlarından  insanlar  üçün  müxtəlif  rənglərdə  bal  çıxır.
               Həqiqətən bunda düşünənlər üçün böyük bir dəlil vardır. ”         2
               Vəya  “  İçdiyiniz  suyu  görmürsünüzmü?  Onu  buluddan  nazil
               edən sizsiniz yoxsa biz? İstəsək onu acı edərik.  Nə üçün şükr
               etmirsiniz?”  3

               İnsanın varlığı haqqında təfəkkür
               Təfəkkür  əhli  həqiqəti  daha  tez  dərk  edə  bilir.  Çünki  bütün
               dünyanı insanın ixtiyarına qoyan bir varlıqdan qəflətdə qalmaq
               ağıl  sahibi  üçün  düşünülməzdir.  Düşünən  beyin  qəflətdən
               qurtular.    Bu  həmin  düşüncədir  ki  onun  bir  saatı  bir  ilin
               ibadətindən  üstün  tutulur.    Allah  insanı  öz  vücudu  haqqında
               düşünməyə belə səsləyir:




               1 - Rum /21
               2 - Nəhl /68-69
               3 - Vaqiə /68-70
   96   97   98   99   100   101   102   103   104   105   106