Page 100 - Islamic Studies 02
P. 100

98) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                 Bəşər,  insani keyfiyyətləri qazanmaq və onu ömur yolunda
               düzgün istifadə etməsi üçün yeganə yol,  ilk öncə Yaradanını
               tanımalıdır.  Sonra  Axirət  dünyasını.  Bu  iki  anlayış  haqqında
               düzgün məlumat alan insan,  daha rahat yolla Allaha yaxınlaşa
               və  əbədi  səadətə  qovuşa  bilər.    “  Biz  cinn  və  insanları  Bizə
                                                   1
               ibadət  etməsi  üçün  yaratdıq.  ”   ayəsi  buna  bir  dəlildir.    Bu
               yalnız ibadət və itaət yolu ilə mümkündür.

                İnsan  ibadət  etmək  üçün  öncə  öz  məbudunu  tanımalıdır.
               Allahın  varlığını  düzgün  şəkildə  tanımaq,    həqiqəti  düzgün
               tanımaq  deməkdir.    Bütün  bəşəriyyət  Allahın  varlığına
               inandığı halda onu başqa şəkildə qəbul edirlər və sonda səhv
               nəticə və ya şübhələrlə üz-üzə gəlirlər.  Allahın varlığı onun
               məxluqatla əlaqəsi zəminində sübut olunur.  Belə ki,  Yaradılış
               aləmi,       Allahın  nişanə  və  əlamətlərinin  daşıyıcısıdır.
               Həmçinin dünyada var olan nizam və baş verən hər bir hadisə
               Onun iradəsinin simvoludur.
               Ümumi  olaraq  götürdüyümüzdə,    Allahın  insan  və  varlıq
               aləminin  bir  birini  tamamladığını,    bir  biri  ilə  əlaqədar
               olduğunu  görəcəyik.    Varlıq  aləmi  özlüyündə  iki  hissəyə
               bölünür:  insan  və  dünya.    Buna  görə  ayələr  və  Əhl-beyt
               rəvayətlərində  insanın  dünyanın  digər  varlıqlarından  fərqli
               xəlq  olunduğu  vurğulanır.    Allah  insanı  özünün  xəlifəsi,
               məxluqatın ən şərəflisi adlandırmışdır.
                İnsan  Allahın  əmanətinə  sahib  çıxacaq  yeganə  məxluqdur.
               İmam  Sadiq  əleyhis-səlam  buyurur:  “Allah  insanları  Onu
               tanımaqları  üçün  yaradıb.    Çünki  Allahı  tanımaq  ibadət  və
               bəndəliyə aparıb çıxardır. Allahın bəndəsi olan insan isə bütün
               məxluqatdan  ehtiyacsız  olduğunu  hiss  edər  və  yalnız  Allaha
               sığınar və Allahla bütün ehtiyacını qarşılayar. ”    1




               1 - Zariat surəsi,  ayə 56
   95   96   97   98   99   100   101   102   103   104   105