Page 101 - Islamic Studies 03
P. 101
100) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Sxolastka yunan dilində “məktəb” deməkdir. Bu dövr xristian
fəlsəfəsinin inkişaf dövrü hesab olunur. Daha doğrusu,
fəlsəfənin xristianlıq təlimləri əsasında mütəşəkkil işlənib
hazırlanması bu dövrə təsadüf edir. Yuxarıda qeyd etdiyimiz
kimi, fəlsəfə bütün hallarda xristianlıq dini təlimləri
kürsüsündən çıxış edirdi. O dövrün Eriugena, Anselm,
Rosselin, Abelyar kimi nümayəndələri tanınmışdır.
Sxolastikanın ən görkəmli nümayəndəsi Akvinalı Fomadır.
Onun yaradıcılığı tərəqqi dövrünə təsadüf edir. Foma Cənubi
İtaliyada dünyaya gəlmiş, təhsil almağa çox diqqət yönəltmiş
və bir sıra traktatların müəllifi olmuşdur. Foma katolik
ehkamını tamamilə işləyib hazırlamaqla xristianlığa xidmət
edən “İlahiyyatın məcmusu” kitabını yazmışdır. Fomanın
fikrincə, fəlsəfə etiqada, ilahiyyata xidmət etməlidir. O,
Aristotel fəlsəfəsini öyrənməklə onun ilahiyyata xidmət
edəcək məqamlarından istifadə etdi. Foma Allahın varlığı,
insan ruhu, gerçəkliyin dərki haqqında bir sıra fikirlər
yürütmüşdür. Onun maraq doğuran etik baxışları da
mövcuddur. Lakin bir cəhət də var ki, Foma sosial bərabərliyin
əleyhinə çıxır, sosial fərqləri əbədi sayırdı. O, yazırdı ki,
itaətdə olanlar ağalara tabeçilik göstərməlidirlər. İtaət etmək
məzlumların, o cümlədən bütün xristianların başlıca
xüsusiyyəti olmalıdır.
1
Bu, Foma fəlsəfəsinin nöqsanlı mahiyyətini əks etdirir.
İlahiyyata xidmət edən fəlsəfə bu “nökərçiliyə”, “tabeçiliyə”
əbədi dözə bilmədi. XIV əsrdən etibarən renessans dalğası
bütün Avropanı bürüyərək XV- XVI əsrlərdə intibahın
Eyni mənbə, səh 566 1