Page 99 - Islamic Studies 03
P. 99

98) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               şəxslərin  “  Səmavi  Padşahlıq”  üçün  subay  qalacağını

               söyləmişdir.”
                              1
               Onu  da  deyək  ki,Xristianlıqda  qəbul  edilən  rahiblik  islam
               nöqteyi-  nəzərindən  nəinki  bəyənilməyən,  hətta  qəbul

               olunmayan bir məsələdir. İslam Peyğəmbəri Hz. Mühəmmədin
               (s.)  “  İslamda  rahiblik  yoxdur”  ifadəsi  sanki,  cəmiyyətə  bir
               mesajdır.  İslam  bir  ictimai  din  olaraq  gətirdiyi  ehkam  və

               qanunları ilə  cəmiyyətdən təcrid  olunmadan  ibadət  və  itaətin
               əsaslarını  öz  ardıcıllarına  öyrədir.Düzdür,  gecə  münacatları,
               Uca  Yaradanla  razu-niyaz  etmək,nəfsin  hesaba  çəkilməsi,

               etikaf  kimi  əməllər  təklikdə  aparılsa  da,  ümumilikdə  islam
               teologiyası  islam  cameəsinin  əsas  və  prinsiplərini  təqdim
               etməklə ictimai bir varlıq olan insanı yetişdirməklə məşğuldur.

               Qeyd  edilən  əməllər  isə  yorğun  cəmiyyətdən  qısa  bir  ara  ilə
               uzaqlaşıb  ruhunu  sakitləşdirməklə  “kamil  insan  olmaq”
               hədəfinə hesablanıb.


             Qərb dünyagörüşündə dini- fəlsəfi məfkurənin formalaşması
               Orta  əsr  fəlsəfəsi  monoteizm  prinsipinə  əsaslanan  xristianlıq
               dini  dünyagörüşü  üzərində  qurulmuşdur.  Bu  dövr  Roma

               imperiyasının       süquta     uğraması      və     feodal     ictimai
               münasibətlərinin  formalaşdığı  dövrə  təsadüf  edir.  Xristianlıq
               dinində       varlıq      ideyası      kreasionizm        düşüncəsilə

               uyğunlaşdırılaraq  təbiət  anlayışı  yox,  Allah  anlayışı  ortalığa
               qoyulur  və  bütünlüklə,  orta  əsr  fəlsəfəsi  bu  konsepsiyadan
               çıxış  edirdi.Əksər  tədqiqatçıların  kitabında  qeyd  olunduğu

               kimi,  fəlsəfə  “dinin  kənizinə”,  başqa  sözlə  “dinin

                                             Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 221 1
   94   95   96   97   98   99   100   101   102   103   104