Page 98 - Islamic Studies 03
P. 98

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (97


               olarkən, bir keşişin “hər şeyi buraxıb İsanın ardınca getmək”
               çağırışını  eşitmişdi.  Bu  çağırışa  səs  verən  Antonius  öz
               əmlakını kasıblara paylayıb, rahib həyatına qədəm qoymuşdur.

               Əvvəlcə o, bir rahibin tələbəsi olmuşdu, sonra isə onu buraxıb,
               səhrada həyatını davam etmişdi. Orada o təklikdə, düşüncələrə
               qapılaraq,  26  il  ərzində,  yalnız  dostları  tərəfindən  gətirilən

               quru çörəklə qidalanaraq, ibadətlə məşğul olmuşdur.
               306-cı  ildən  başlayaraq,  Antonius,  öz  ətrafına  tələbələri
               yığmağa  başlamışdır.  Tədricən  o,  məşhur  bir  insan  kimi
               tanınmışdır.  Antoniusun  xeyir-duasını  almaq  üçün  Misirin

               çeşidli məntəqələrindən onun yanına adamlar gəlirdilər. Daha
               sonra Antoniusun məşhurluğu daha da artmışdır və imperator
               Konstantin  ona  ehtiramla  dolu  məktub  yazmışdı.  Antonius

               356-cı ildə 105 yaşında vəfat etmişdi.
               Antoniusdan  sonra  Misir  səhralarına  çoxlu  rahiblər
               gəlmişdirlər.  Onlar  orada  “monasterion”  (monastır)  adlanan

               koloniyalar yaratmışdılar. Bu koloniyaların öz adətləri, qayda-
               qanunları  var  idi.  Monasterionlar  ən  məşhur  rahibləri
               tərəfindən  idarə  olunurdular.  Antoniusun  dövründə  daha  bir

               tanınmış rahib yaşamışdı. Onun adı Ammonius idi. O da Misir
               səhrasında öz koloniyasını yaratmışdır. Burada onlar gündəlik
               əmək və ibadətlərlə məşğul olmuşdurlar.

               Dəyərli  alim  Hüseyn  Tofiqi  yazır:  “  Həvarilərin  zamanından
               indiyədək bəzi xristianlar həzrət İsa Məsihin (ə.) ardıcılı olaraq
               rahiblik  və  tərki-  dünyalıq  prinsipi  əsasında  yaşamağı  üstün

               tutmuşdur.Həzrət  İsa  (ə.) heç  bir  zaman  evlənməmiş  və bəzi
   93   94   95   96   97   98   99   100   101   102   103