Page 96 - Islamic Studies 03
P. 96
Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (95
olan fərq olduqca azdır. Lakin Katolik və Protestan məzhəbləri
arasında mövcud olan fərq çoxdur.
1
Bu məzhəblər haqqında daha geniş məlumat vermək olardı.
Lakin məqaləmizin tələb olunan ölçüsünə uyğun gəlmədiyi
üçün bununla kifayətlənirik.
Papalar
Papalığın meydana gəlməsi Qərbi Avropada kilsənin
qüvvətlənməsində böyük rol oynadı. IV əsrin sonu- V əsrin
əvvəlində Roma papaları, müstəsna olaraq özləri üçün, papa,
yəni kilsə başçısı adlanmaq hüququna yiyələndilər. Özlərinin
kilsədə başçı olmaq iddialarını papalar “apostol Pyotrun
varisləri ” olmaları ilə əsaslandırırdılar. Əfsanəyə görə o,
Xristin Romada ilk yepiskopu- ilk canişini olmuşdu. Qərbdə,
xüsusilə İtaliyada, qüvvətli dünyəvi hakimiyyətin
olmamasından istifadə edən papalar V- VI əsrlərdə sürətlə
yüksəldilər, faktiki olaraq, Roma yeparxlığının dünyəvi
hakimlərinə çevrildilər. Qərbi Avropa ölkələrində kilsə torpaq
sahibliyinin inkişafı ilə əlaqədar olaraq bu torpaqlardan
papanın cərəncamına müxtəlif rüsumlar daxil olmağa
başladı.Papanın əlində olan torpaqların hamısı birlikdə “
Müqəddəs Pyotr mülkü”, onun özü isə həmin torpaqların ali
senyoru hesab olunmağa başladı. Kilsənin təşkili get- gedə
feodal- iyerarxiya quruluşu kəsb etməyə başladı; ona papa
Eyni mənbə, səh 219 1